
Bakı1
Kassa və POS terminal üzrə Kiçik mütəxəssis
Kassa və POS terminal üzrə Kiçik mütəxəssis
500 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar1
Nömrə№5858357
Təsvir
Namizədə dair tələblər:
Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili (arzuolunandır);
İş təcrübəsi: 6 aydan az olmayaraq iş stajı;
Problemləri həll etmə bacarığı;
Stresə davamlı, punktual, məsuliyyətli, işində çevik və dəqiq olması;
Komandada işləmək, öyrənmə bacarıqları;
Sürücülük vəsiqəsi olanlara üstünlük verilir.
Vəzifə öhdəlikləri:
POS terminallarının, nəzarət-kassa aparatlarının (NKA) və digər avadanlıqların ilkin texniki baxışının keçirilməsi, test edilməsi və sazlanması prosesində iştirak etmək;
Obyektlər üzrə yaradılan ticketlərin düzgün və vaxtında icrasını təmin etmək;
Müştərilərdən daxil olan texniki müraciətləri qeydə almaq və müvafiq texniki heyətə yönləndirmək;
Servis xidmətləri ilə bağlı ofisə və ya əraziyə müraciət edən müştərilərə texniki dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqları müəyyən edilmiş müddətdə və dəqiq şəkildə yerinə yetirmək.
İş şəraiti
İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
Əmək haqqı: 500-550 AZN (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
Əlavə məlumat: Proqram təminatı, tiket proqramı, avadanlıqların təmiri barədə məlumatlar və s. namizədə öyrədiləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Kassa və POS terminal üzrə Kiçik mütəxəssis" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205156/kassa-ve-pos-terminal-uzre-kicik-mutexessis
REKLAM







