Prayk
Kassir-Satıcı — Satış
650 ₼

Kassir-Satıcı

YoxlanılıbBu gün
Kateqoriya
Satış
Tarix
Baxışlar
4
Nömrə
№5630004

Təsvir

WHSmith Baku komandamıza qoşul! Dünyanın tanınmış səyahət pərakəndə satış brendlərindən biri olan WHSmith-in Bakıdakı ilk mağazası Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyətə başlamışdır. Yeni mağazamız üçün məsuliyyətli, enerjili və müştəri xidmətinə önəm verən əməkdaşlar axtarırıq. Vəzifə öhdəlikləri: Müştəriləri qarşılamaq və məhsullar haqqında məlumat vermək Müştərilərə məhsul seçimində kömək etmək Satış və kassa əməliyyatlarını düzgün həyata keçirmək Nağd və nağdsız ödənişləri qəbul etmək Məhsulları rəflərə yerləşdirmək və qiymət etiketlərini yoxlamaq Məhsulların istifadə müddətinə və mağazadakı qalığına nəzarət etmək Mağazada səliqə və təmizliyin qorunmasında iştirak etmək Şirkətin müştəri xidməti və satış standartlarına riayət etmək Növbə sonunda kassanı təhvil vermək və müvafiq hesabatları təqdim etmək Namizədə tələblər: Minimum orta təhsil Satış və ya xidmət sahəsində iş təcrübəsi üstünlükdür Azərbaycan dilində sərbəst danışıq bacarığı İngilis və rus dili biliyi üstünlükdür Kassa və POS proqramları ilə işləmək bacarığı üstünlükdür Müştəriyönümlülük və yüksək ünsiyyət bacarığı Dürüstlük, diqqətlilik və məsuliyyətlilik Komandada işləmək bacarığı Növbəli iş rejimində, gecə növbəsində və bayram günlərində işləməyə hazır olmaq Biz nə təklif edirik? Beynəlxalq brenddə iş imkanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə Stabil əməkhaqqı Növbəli iş qrafiki Peşəkar təlim və inkişaf imkanları Karyera yüksəlişi perspektivi Dinamik və beynəlxalq iş mühiti İş şəraiti İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı İş qrafiki: Növbəli (Gecə və gündüz) Əməkhaqqı: 650 AZN Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Maaş: 650 AZN Son müraciət tarixi: 05.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/whsmith-kassir-satici-155594
REKLAM