Prayk

Kateqoriya üzrə operator

Razılaşma yolu ilə
Yoxlanılıb4 həftə əvvəl
KateqoriyaSatış

№5389311·Baxışlar: 13

Təsvir

İş yeri: Bakı şəhəri İş qrafiki: Tam iş günü ABV.az komandamıza məsuliyyətli, dəqiq və operativ işləmə bacarığına malik Kateqoriya üzrə operator axtarır! Vəzifə öhdəlikləri Məhsulların kateqoriyalar üzrə sistemdə düzgün qeydiyyatını və təsnifatını həyata keçirmək; Məhsullara aid məlumatların (ad, kod, qiymət, kateqoriya və digər göstəricilər) informasiya sisteminə daxil edilməsini təmin etmək; Məhsul bazasının mütəmadi yenilənməsi və məlumatların düzgünlüyünə nəzarət etmək; Yeni məhsulların sistemə əlavə edilməsi və mövcud məhsul məlumatlarının redaktə olunmasını həyata keçirmək; Məhsul çeşidləri, qiymət dəyişiklikləri və kateqoriyalar üzrə məlumatları izləmək; Kateqoriya üzrə məsul şəxslərlə əməkdaşlıq edərək məlumatların vaxtında yenilənməsini təmin etmək; Məhsul məlumatlarında yaranan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Kateqoriyalar və məhsul bazası üzrə gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək. Namizədə tələblər Ali və ya orta ixtisas təhsili; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı biliklər; Məlumatların daxil edilməsi və elektron bazalarla işləmək bacarığı; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət; Analitik düşünmə və operativ qərarvermə bacarığı; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Stabil və peşəkar iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 30.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© ABV jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM