
29
Keyfiyyət üzrə mühəndis

Razılaşma yolu ilə
Keyfiyyət üzrə mühəndis
Yoxlanılıb3 gün əvvəl
Tarix
Baxışlar29
Nömrə№4069914
Təsvir
Vəzifə öhdəlikləri:
Sahəyə daxil olan materialların müvafiq sənədlərinin, sertifikatlarının, texniki göstəricilərinin və təsdiq statusunun yoxlanılmasında iştirak etmək;
Tikinti sahəsində yerinə yetirilən işlərin təsdiq edilmiş layihə sənədlərinə, İşin İcra Metoduna (Method Statement), texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;
Baş Podratçı tərəfindən həyata keçirilən istehsalat keyfiyyət nəzarətinin layihənin keyfiyyət tələblərinə uyğunluğunu yoxlamaq;
İşlərin icrası zamanı qüsur, çatışmazlıq və uyğunsuzluqları aşkar etmək, onların qeydiyyata alınmasını və aradan qaldırılmasını izləmək;
Aşkar edilmiş uyğunsuzluqlar üzrə NCR/NFI və digər keyfiyyət sənədlərinə baxmaq, təqdim edilmiş düzəliş və düzəldici fəaliyyətlərə dair rəy bildirmək;
İşlərin tamamlanmasından sonra yekun yoxlamaları həyata keçirmək və aşkar edilmiş qüsurların aradan qaldırılmasına nəzarət etmək;
Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək;
ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək;
Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək;
Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq;
İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq;
İşlərin təhvil verilməsi öncəsi punch list/snags üzrə yoxlamalarda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını izləmək;
Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik;
Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı;
Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq;
MS Office proqramlarında işləmək bacarığı;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Üstünlük hesab olunur:
ISO 9001, 14001 və 45001 üzrə bilik;
QA/QC sahəsində iş təcrübəsi;
Böyük tikinti layihələrində təcrübə;
Müvafiq peşəkar sertifikatların olması;
İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 07.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/kensington-keyfiyyet-uzre-muhendis-153176
Bənzər elanlar









Razılaşma yolu ilə
Məlumat Təhlükəsizliyinin idarə edilməsi və uyğunluğu istiqaməti üzrə mütəxəssis
Bakı08.10.2026






