Prayk

Keyfiyyətə nəzarət üzrə müfəttiş

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Nömrə
№3511839

Təsvir

“STP GLOBAL CABLE” MMC Keyfiyyət təminatı və keyfiyyətə nəzarət şöbəsində “Keyfiyyətə nəzarət üzrə müfəttiş” vakansiyası elan edir. “STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir. Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik. Bizim üçün uyğun namizəd: Ali təhsil — elektrik, elektrotexnika, materialşünaslıq, mexanika və ya əlaqəli sahə; Əlaqəli sahə üzrə minimum 3 il iş stajı; Azərbaycan dilini sərbəst, ingilis və rus dilini bilməsi arzuolunandır; MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib; Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı; Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır. Hansı işləri görəcəksiniz? Kabel istehsalı texnologiyası və prosesləri üzrə praktiki bilik; IEC, EN, ГОСТ və digər müvafiq kabel standartlarını bilmək; Kabel konstruksiyası və əsas materiallar haqqında texniki bilik; İstehsal prosesində aralıq nəzarət və vizual yoxlamaların aparılması; Ölçü cihazlarından və laboratoriya avadanlıqlarından istifadə bacarığı; Uyğunsuzluqların və istehsalat qüsurlarının aşkar edilməsi və qeydiyyatı; Texniki sənədlər, çertyojlar, spesifikasiyalar və ITP ilə işləmə bacarığı; Ölçmə və sınaq nəticələrinin düzgün sənədləşdirilməsi Nə əldə edəcəksiniz? Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; Adekvat əmək haqqı; Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; Əlavə məlumatlar: Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir; Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə; İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00; İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə müfəttiş” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. Son müraciət tarixi: 30.10.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/stp-global-cable-keyfiyyete-nezaret-uzre-mufettis-152649

Bənzər elanlar