












20 000 ₼
Kia Cerato, 1.6 L, 2013 il, 128 500 km
Qiymət oxşar elanlarla eyni aralıqdadır
Bu elan
ucuzoxşar elanların çoxubaha
Ətraflı analiz
Oxşar 13 elanın orta qiyməti 20 700 ₼ — bu elan təxminən 620 ₼ (3%) ucuzdur.
Oxşar elanların çoxu bu aralıqdadır: 19 800 ₼ – 22 300 ₼
YoxlanılıbİşlənmişBu gün
ŞəhərBakı
KateqoriyaAvtomobillər
MarkaKia
ModelCerato
Buraxılış ili2013 il
Yürüş128 500 km
Mühərrikin həcmi1.6 L
Sürətlər qutusuAvtomat
Ban növüSedan
RəngAğ
Yanacaq növüBenzin
Mühərrikin gücü130 a.g.
ÖtürücüÖn
Yerlərin sayı5
Hansı bazar üçün yığılıbAzərbaycan
Vuruğu yoxdurBəli
№6318568·Baxışlar: 8
Avtomobilin təchizatı
Təsvir
KIA Cerato (Rəsmi diler) | 2013 | 1.6 DOHC | Orijinal yürüş | Rəsmi servis tarixçəsi
Əsas texniki göstəricilər:
• Buraxılış ili: 2013;
• Komplektasiya: Orta;
• Mühərrik: 1.6 L DOHC, Benzin;
• Yanacaq: Aİ-92 (faktiki olaraq SOCAR Aİ-95 istifadə olunur);
• Yürüş: 128.500 km (orijinal);
• Rəng: Ağ mirvari.
Avtomobil haqqında:
Avtomobil KIA-nın rəsmi dilerindən alınıb. Avtomobilin hazırkı sahibi (rəsmi sənədlə mülkiyyətçisi) xanımdır və onun tərəfindən idarə edilərək, olduqca səliqəli saxlanılıb. EVA ayaqaltıları və baqaj içliyi ilə təchiz olunub. Avtomobilin faktiki ilk istifadəçisi hazırkı sahibi olub (şirkətdə çalışdığı vaxt xidməti avtomobili olub və daha sonra həmin şirkətdən ayrılanda bu avtomobil çalışdığı şirkət tərəfindən özünə satılıb). Ailənin ikinci avtomobili olduğu üçün əsasən ehtiyac yarandıqda istifadə edilib. Bu da yürüş göstəricisindən aydın görünür. Avtomobil olduqca səliqəli saxlanılıb. Salonun üzlüklərində sökük, cırıq və ya diqqətçəkən hər hansı qüsur yoxdur. Həm salonun, həm də avtomobilin ümumi vəziyyətinin yaxşı qorunması yerində baxış zamanı özünü göstərəcək.
Texniki qulluq və servis tarixçəsi:
Avtomobilə vaxtlı-vaxtında yalnız rəsmi servislərdə texniki qulluq göstərilib. Dövri dəyişilən orijinal ehtiyat hissələrindən istifadə olunub və heç bir xərc tələb etmir. Son servis tarixçəsi KIA Servis Əhmədli və digər rəsmi servis mərkəzlərində mövcuddur. Mühərrikdə yalnız Liqui Moly 5W-30 premium mühərrik yağından istifadə olunub.
1.6 DOHC mühərriki dözümlülüyü, qənaətcilliyi, etibarlılığı və münasib istismar xərcləri ilə seçilir.
Kuzov və boya vəziyyəti:
Avtomobilin ciddi qəza, vuruq və udarı olmayıb. Heç bir detalı dəyişdirilməyib. Yalnız yüngül kosmetik işlər səbəbindən bəzi detallar rənglənib. Rənglənmədən əvvəlki foto və video görüntülər mövcuddur və istəyən alıcıya təqdim edilə bilər.
Satış səbəbi:
Şəhər kənarından şəhər mərkəzinə köçlə əlaqədar avtomobil faktiki olaraq istifadə olunmur. Ailənin ikinci avtomobili olduğundan, istifadəsiz qalması səbəbindən satmaq qərarına gəldik. Uzun müddət səliqə ilə saxlanılmış bu avtomobili satmağa adamın əli gəlmir. Bu avtomobili alan vatlı-vaxtında texniki qulluq etsə ən azı 10 il (və daha çox) rahat problemsiz sürəcək.
Qeydlər:
• Avtomobilin dövlət qeydiyyat nişanı çıxarılmaqla, nömrəsiz satılacaq!
• Vasitəçilər və avtomobil alverçiləri narahat etməsin. Satış yalnız şəxsi istifadə üçün avtomobil axtaran real alıcı üçün nəzərdə tutulub!!!
• Saat 21:00-dan sonra zəng etməyin!!!
Elanın mənbəyi
Orijinal elanı aç© Firidun turbo.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














