
7
Kiçik mühasib

700 ₼
Kiçik mühasib
YoxlanılıbDünən
Tarix
Baxışlar7
Nömrə№5520963
Təsvir
“Baku Business Consulting” MMC-yə Kiçik mühasib tələb olunur.
Vəzifə öhdəliyi:
İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, ödəniş sənədləri və digər müvafiq sənədlər) hazırlanması, qəbulu, yoxlanılması və sistemləşdirilməsi;
Gündəlik bank əməliyyatlarının, o cümlədən yerli və xarici ödənişlərin, vergi, sosial sığorta və digər büdcə ödənişlərinin həyata keçirilməsi;
Maliyyə və mühasibat əməliyyatlarının 1C (8.3) mühasibat proqramında işlənilməsi;
Əməkhaqqı, ezamiyyə və məzuniyyət ödənişlərinin hesablanması və müvafiq ödənişlərin icra edilməsi;
Statistik hesabatların, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər üzrə vahid bəyannamənin və digər vergi hesabatlarının hazırlanması və təqdim edilməsi üzrə ilkin bilik və bacarıqlara malik olmaq;
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ-hüquqi aktlar barədə biliklərə malik olmaq;
Debitor və kreditor borclarının uçotunun aparılması, qarşılıqlı hesablaşmaların yoxlanılması və üzləşmə aktlarının hazırlanmasında iştirak etmək;
Mühasibat sənədlərinin düzgün qeydiyyatını, sistemləşdirilməsini, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək
Birbaşa rəhbər tərəfindən əmək funksiyalarına uyğun olaraq verilən digər qanuni tapşırıqları yerinə yetirmək.
Ümumi tələblər:
İqtisadiyyat, maliyyə və mühasibat uçotu sahəsində ali təhsil;
Yaş: 20-25;
Dürüstlük, dəqiqlik və məsuliyyətli olmaq, inkişafa və yeniliyə açıq olmaq;
Komanda ilə işləmə bacarığı.
Əmək haqqı: 700 Azn
Qeyd: Mühasibatlıq üzrə yerli və beynəlxalq sertifikatların (PMS, ACCA və s) və xarici dil biliyinin (ingilis dili, rus dili) olması üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində “Kiçik mühasib” yazmaqla göndərmələri xahiş olunur.
Yuxarıda qeyd olunan tələblərə cavab verməyən və qeyd olunan şəkildə göndərilməyən müraciətlərə baxılmayacaqdır.
Maaş: 700 AZN
Son müraciət tarixi: 02.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Baku Business Consulting jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










