Enough Collagen Cover Tip Concealer dərinin qüsurlarını örtmək üçün nəzərdə tutulmuşdur. Qızartıları, göz altındakı qaralmaları, piqmentasiyanı, çapıqları, incə qırışları və digər qüsurları effektiv şəkildə gizlədir. Koncealer həmçinin dərini nəmləndirir və onu qoruyur, iltihabların qarşısını alır. Məhsul kollagen tərkiblidir və dərinin vəziyyətinə müsbət təsir göstərir: qırışlara qarşı mübarizə aparır, dərini dərin nəmləndirir, quruluğu və qabıqlanmanı aradan qaldırır, dərinin normal işini bərpa edir, üz ovalını modelləşdirir. Maye teksturaya sahib yumuşaq koncealer yaxşı yayılır, dəridə mükəmməl uzanaraq qüsurları gizlədir.