
Kontent menecer/ Kopirayter

1 200 ₼
Kontent menecer/ Kopirayter
YoxlanılıbBu gün
Tarix
Nömrə№3611037
Təsvir
Vəzifə öhdəlikləri:
Şirkətin layihələri üzrə hazırlanan mətnlərin yoxlanılması və redaktə edilməsi, onların dil, üslub və məna baxımından düzgünlüyünün təmin edilməsi;
Sosial media, reklam kampaniyaları, veb-sayt, təqdimatlar və digər kommunikasiya kanalları üçün mətnlərin hazırlanması;
Sosial media paylaşımları, Reels və digər video formatları üçün kontent ideyalarının və ssenarilərin hazırlanması;
Layihələrin kommunikasiya strategiyasına və brend üslubuna uyğun kontentin hazırlanmasının təmin edilməsi;
Kontent planının hazırlanması, plana uyğun materialların vaxtında paylaşılmasının təmin edilməsi;
Hazırlanmış kontent və ssenarilər əsasında foto və video çəkilişlərin planlaşdırılması və koordinasiyası;
Çəkilişlər üçün texniki tapşırıqların, ssenarilərin, kadr planlarının və digər zəruri materialların hazırlanması;
Fotoqraf, videoqraf, prodakşn komandası, modellər və digər çəkiliş iştirakçıları ilə işin koordinasiyası;
Çəkiliş zamanı materialların təsdiq edilmiş ssenariyə və kontent konsepsiyasına uyğunluğuna nəzarət edilməsi;
Çəkiliş nəticəsində əldə olunan foto və video materialların ilkin yoxlanılması, uyğun materialların seçilməsi və zəruri düzəlişlərin bildirilməsi;
Video materialların montajdan sonrakı versiyalarının mətn, kadr ardıcıllığı və ümumi kommunikasiya baxımından yoxlanılması;
Reklam materiallarında istifadə olunan başlıqların, sloqanların və digər mətnlərin hazırlanması və redaktə edilməsi;
Kontentin Azərbaycan dilində qrammatik, leksik və üslubi baxımdan düzgünlüyünün təmin edilməsi;
Bütün kommunikasiya materiallarında vahid brend dilinin və üslubunun qorunmasına nəzarət edilməsi;
Qrafik dizayner, rəqəmsal komanda, targetoloq və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə işləyərək kontentin vaxtında və müəyyən edilmiş standartlara uyğun hazırlanmasının təmin edilməsi;
Kontent və çəkilişlər üzrə müəyyən edilmiş son tarixlərə (deadline) nəzarətin təmin edilməsi və işlərin vaxtında tamamlanmasının təmin edilməsi.
İş şəraiti:
Bakı şəhəri;
5 günlük iş həftəsi (09:00 – 18:00);
Əmək haqqı: 1200-1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir).
Namizədə dair tələblər:
Ali təhsil;
Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, yüksək yazılı nitq və redaktə bacarığı;
Kreativ düşüncə və müxtəlif formatlar üçün kontent ideyaları hazırlamaq bacarığı;
Sosial media platformaları və müasir kontent formatları haqqında bilik;
Komanda və podratçılarla effektiv kommunikasiya və koordinasiya bacarığı;
Eyni zamanda bir neçə layihə üzrə işləmək, prioritetləri düzgün müəyyənləşdirmək və son tarixlərə riayət etmək bacarığı;
Detallara diqqət və yüksək məsuliyyət.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Kontent menecer/ Kopirayter” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Maaş: 1200 AZN
Son müraciət tarixi: 02.11.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/arne-group-mmc-kontent-menecer-kopirayter-152790
Bənzər elanlar















