
Sosial media üzrə mütəxəssis

Razılaşma yolu ilə
Sosial media üzrə mütəxəssis
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Nömrə№3544009
Təsvir
Agentlik üzrə layihələrin sosial media kommunikasiya strategiyasının hazırlanması və icra edilməsi; Qurum daxili strukturlardan sosial media kommunikasiyası ilə bağlı briflərin alınması, bu briflərin daxili komanda arasında (kopirayter, dizayner və s.) bölüşdürülməsi və prosesin izlənilməsi; Sosial media platformaları (Facebook, Instagram, LinkedIn, Twitter, TikTok və s.) üzrə məzmun planının hazırlanması və həyata keçirilməsi; Sosial media kanallarında paylaşılacaq məzmunların vaxtında və düzgün formada paylaşılmasının təmin edilməsi; Brendin sosial mediada tanıtımı üçün müvafiq vizual və video məzmunun hazırlanması prosesində iştirak etmək;Sosial media trendlərinin izlənilməsi və yeniliklərin strategiyaya inteqrasiya edilməsi; Influencer və KOL-larla (Key Opinion Leader) əməkdaşlıq qurulması və kampaniyaların idarə edilməsi; Sosial media analitikası və hesabatların hazırlanması (Meta Insights, TikTok Analytics, LinkedIn Analytics və s.); Bazar araşdırmalarının aparılması və rəqiblərin sosial media fəaliyyətinin təhlil edilərək yeni imkanların müəyyənləşdirilməsi; Tədbirlər və xüsusi günlər üçün sosial media məzmununun hazırlanmasına dəstək göstərilməsi; Sosial media hesabları üçün məzmun planının hazırlanması və icrasına nəzarət etmək.
Tələblər:
Sosial media idarəçiliyi sahəsində minimum 2 il iş stajı; Facebook, Instagram, LinkedIn, TikTok və digər sosial media platformalarının alqoritmləri və iş prinsipləri haqqında geniş bilik; Meta Ads, LinkedIn Ads vəTikTok Ads ilə işləmə bacarığı; sosial media analitikası və KPI-ları izləmə bacarığı; rəqəmsal platformalar və sosial media idarəetmə alətləri haqqında geniş bilik; müştəri və izləyici ilə düzgün ünsiyyət qurmaq bacarığı; sosial mediada böhran vəziyyətlərini idarəetmə qabiliyyəti; sosial media sahəsində yeni texnologiyaları və trendləri izləməyə və tətbiq etməyə hazırlıq.
Vakansiya növü: Tam ştat
Şirkət: İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/idda/idda-sosial-media-uzre-mutexessis-95162518/apply
Bənzər elanlar















