Prayk
Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi (Performance Marketing) — Marketing, reklam, PR
Razılaşma yolu ilə

Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi (Performance Marketing)

YoxlanılıbBu gün
Tarix
Baxışlar
3
Nömrə
№5935904

Təsvir

Təhsil və konsaltinq sahəsində fəaliyyət göstərən şirkətlər qrupuna (iki təhsil mərkəzi və bir konsaltinq şirkəti üzrə) Marketinq və Rəqəmsal Reklam Mütəxəssisi tələb olunur. Vəzifə öhdəlikləri: 3 şirkətin sosial media səhifələrinin reklam kampaniyalarını idarə etmək; Meta Ads (Facebook, Instagram) və TikTok Ads platformaları üzərindən ödənişli reklamları qurmaq, izləmək və optimallaşdırmaq; Hər bir şirkət və layihə üzrə düzgün marketinq strategiyasını müəyyənləşdirmək; Reklamlar üçün dəqiq hədəf kütləni (target audience) seçmək və seqmentləşdirmək; Reklam büdcəsini effektiv idarə etmək, kampaniyaların nəticələrini analiz etmək və performansı artırmaq. Namizədə dair tələblər: Təcrübə: Rəqəmsal marketinq və reklam idarəetməsi (targeting) sahəsində ən azı 2 il iş təcrübəsi; Texniki biliklər: Meta Ads Manager və TikTok Ads kabinetlərində sərbəst işləmək bacarığı; Yaş həddi: 23 yaşdan yuxarı; Cins: Bəy namizədlər; Analitik düşünmə qabiliyyəti, nəticəyönümlülük və məsuliyyətlilik. İş şəraiti: İş rejimi: Tam iş günü, həftədə 5 gün (ofisdaxili / əyani); İş saatları: 10:00 – 17:00; Əməkhaqqı: Müsahibə əsasında (namizədin təcrübə və bacarıqlarına uyğun) razılaşdırılır. Maraqlanan namizədlər öz CV-lərini (varsa, əvvəlki reklam kampaniyalarının nəticələri / portfolionu) mövzu yerində "Marketinq Mütəxəssisi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/company-marketinq-ve-reqemsal-reklam-mutexessisi-performance-marketing-156112
REKLAM