
1
Marketinq Meneceri

Razılaşma yolu ilə
Marketinq Meneceri
YoxlanılıbBu gün
Tarix
Baxışlar1
Nömrə№5932439
Təsvir
DTS MMC komandamıza yaradıcı düşüncəyə, güclü kommunikasiya bacarıqlarına və rəqəmsal marketinq sahəsində praktiki təcrübəyə malik Marketinq Meneceri axtarır.
Namizəd şirkətin rəqəmsal platformalarda təmsil olunmasına, korporativ imicinin inkişaf etdirilməsinə, sosial media hesablarının idarə olunmasına və marketinq kontentinin hazırlanmasına cavabdeh olacaq.
Əsas vəzifə öhdəlikləri
Şirkətin LinkedIn, Instagram, Facebook və digər sosial media hesablarının idarə olunması və inkişaf etdirilməsi;
Sosial media üçün aylıq kontent planının hazırlanması və icrası;
Sosial media postlarının, vizual materialların, təqdimatların və digər marketinq kontentinin hazırlanması;
Şirkətin həyata keçirdiyi layihələr, xidmətlər və yeniliklər haqqında peşəkar mətnlərin yazılması;
Korporativ veb-saytlar üçün məqalələrin, layihə təsvirlərinin və xidmət səhifələrinin hazırlanması və yenilənməsi;
Layihələrə aid foto və video materialların seçilməsi, redaktəsi və paylaşılması;
Şirkətin korporativ brend üslubunun və vizual standartlarının qorunması;
Rəqəmsal reklam kampaniyalarının planlaşdırılması və idarə olunması;
Sosial media və veb-sayt göstəricilərinin izlənilməsi, nəticələrin təhlili və hesabatların hazırlanması;
Marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yeni ideya və təkliflərin irəli sürülməsi.
Namizədə tələblər
Marketinq, rəqəmsal marketinq və ya sosial media idarəçiliyi sahəsində iş təcrübəsi;
Sosial media platformalarının və kontent idarəetmə alətlərinin yaxşı səviyyədə mənimsənilməsi;
Canva, Adobe Photoshop və ya digər dizayn proqramları ilə işləmək bacarığı;
Vizual kontent və sosial media postları hazırlamaq bacarığı;
Azərbaycan dilində yüksək səviyyədə yazılı kommunikasiya və mətn hazırlama bacarığı;
İngilis dilində peşəkar məzmun hazırlamaq və redaktə etmək bacarığı;
WordPress və digər CMS platformaları ilə işləmək bacarığı üstünlükdür;
Foto və video redaktə proqramları ilə iş təcrübəsi üstünlükdür;
Süni intellekt əsaslı kontent hazırlama alətlərindən istifadə bacarığı;
Yaradıcı düşüncə, məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik?
Peşəkar və inkişafyönümlü iş mühiti;
Beynəlxalq marine, offshore, engineering və digər sənaye layihələri ilə tanışlıq imkanı;
Şirkətin rəqəmsal marketinq strategiyasının inkişafında aktiv iştirak;
Yeni ideyaları tətbiq etmək və peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
Əməkhaqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunur.
Maraqlanan namizədlər CV-lərini və mövcud olduğu halda hazırladıqları iş nümunələrini (portfolio) Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə göndərə bilərlər.
Son müraciət tarixi: 13.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/dynamic-technical-services-mmc-marketinq-meneceri-156093
REKLAM










