Prayk
Marketinq Baş Mütəxəssisi — Marketing, reklam, PR
Razılaşma yolu ilə

Marketinq Baş Mütəxəssisi

YoxlanılıbBu gün
Tarix
Baxışlar
3
Nömrə
№5609388

Təsvir

İş şəraiti İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur İş yeri: Mayak Residence layihəsi (Zığ qəsəbəsi) İşin Təsviri: Şirkətin marketinq strategiyasının və fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş planların icrasını təşkil və koordinasiya etmək; Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının dizayn və istehsal proseslərinin sifariş verilməsi və icrasına nəzarət; Reklam agentlikləri, çap evləri, media nümayəndələri və digər təchizatçılarla işgüzar işgüzar yazışmalar və tapşırıqların icrasının koordinasiyası; Təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisəli təhlil aparmaq, büdcə və xərc optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Açıq hava reklamlarının planlaşdırılması, reklam yerlərinin seçilməsi, sifarişi, istehsalı və quraşdırılması proseslərini koordinasiya etmək; Reklamların təsdiq edilmiş qrafikə, dizayn standartlarına və layihə tələblərinə uyğun yerləşdirilməsini təmin etmək; Marketinq komandası ilə birlikdə tədbirlərin, təqdimatların, sərgilərin və digər tanıtım fəaliyyətlərinin planlaşdırılmasında və təşkilində iştirak etmək; Daxili və xarici tədbirlər, eləcə də yeni layihələr üçün zəruri marketinq və reklam materiallarının hazırlanmasını koordinasiya etmək; Layihələr üzrə marketinq fəaliyyətlərinin vahid vizual üsluba və korporativ brend standartlarına uyğunluğunu təmin etmək; Rəqəmsal marketinq, sosial media və məzmun yaradılması fəaliyyətlərinin ümumi marketinq strategiyası ilə uzlaşdırılmasında iştirak etmək; Marketinq fəaliyyətlərinin nəticələrini, büdcə istifadəsini və kampaniyaların effektivliyini təhlil etmək, müvafiq hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq; Namizədə Tələblər: Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Marketinq və ya reklam sahəsində minimum 3 il iş təcrübəsi; Marketinq strategiyasının planlaşdırılması, reklam kampaniyalarının təşkili və layihələrin idarə edilməsi üzrə praktiki təcrübə; Rəqəmsal marketinq alətləri (Google Ads, Meta Business, SEO və s.) haqqında biliklər; Sosial media idarəçiliyi və məzmun yaradılması sahəsində təcrübə; Kreativ düşüncə, güclü analitik bacarıq və təşəbbüskarlıq qabiliyyəti; Microsoft Office proqramlarında (xüsusilə Excel və PowerPoint) işləmə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür; Tikinti sahəsində marketinq üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Marketinq Mütəxəssisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 04.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/mayak-residence-marketinq-bas-mutexessisi-155555
REKLAM