
Bakı1
Prodüser

Razılaşma yolu ilə
Prodüser
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar1
Nömrə№5936786
Təsvir
Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil edilməsi;Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması, icrasına nəzarət edilməsi;Ssenarist, aparıcı, videograf və digər komanda üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi;Çəkiliş üçün məkan, iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi;Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların aparılması;Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi;Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və vəziyyətinin yoxlanılması;Çəkiliş günü komanda işinin və logistikanın təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi;Çəkiliş zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi;Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və giriş-çıxışına nəzarət edilməsi;Rekvizitlərin saxlanmasının və təkrar istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil edilməsi;İstehsal xərclərinin uçotunun aparılması və resursların səmərəli istifadəsinin təmin edilməsi.
Tələblər:
Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş təcrübəsi;Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, rus və ingilis dili biliyi üstünlükdür;Çəkiliş mərhələlərini planlaşdırmaq, yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq bacarığı;Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı;Büdcə, xərc uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma;Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası).
BİZ NƏ TƏKLİF EDİRİK?Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;Dinamik və müasir iş mühiti;Müasir və rahat ofis şəraiti;Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-produser-32542640/apply
REKLAM










