Müşahidə Şurasının və onun komitələrinin iclaslarının təşkili, gündəliyin formalaşdırılması və koordinasiyası;İclas materiallarının və arayışların struktur bölmələrdən toplanması, sistemləşdirilməsi və vaxtında təqdim edilməsinin təmin edilməsi;Müşahidə Şurası və komitələrin iclas protokollarının, qərarların və çıxarışların hazırlanması və rəsmiləşdirilməsi;Qəbul edilmiş qərarların icra reyestrinin aparılması, icra vəziyyətinin monitorinqi və müvafiq hesabatların hazırlanması;Qərarların icrasında yaranan gecikmələr və risklər barədə müvafiq şəxslərin məlumatlandırılması;Yeni təyin olunmuş Müşahidə Şurası üzvlərinin uyğunlaşma və məlumatlandırma prosesinin təşkili;Səhmdarların Ümumi Yığıncağının təşkili ilə bağlı sənədlərin, gündəliyin və materialların hazırlanmasının koordinasiyası;Səhmdarların Ümumi Yığıncağında qəbul edilmiş qərarların rəsmiləşdirilməsi və icrasının monitorinqi;Müşahidə Şurasının fəaliyyəti ilə bağlı sənədlərin məxfiliyinin, düzgün saxlanmasının və arxivləşdirilməsinin təmin edilməsi;Səlahiyyətləri çərçivəsində korporativ idarəetmə və sənəd dövriyyəsi ilə bağlı digər tapşırıqların icrası.
Tələblər:
Hüquq, iqtisadiyyat, maliyyə, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil;Bank və ya maliyyə sektoru, korporativ idarəetmə, hüquq və ya rəhbərliyin inzibati dəstəyi sahəsində minimum 3 il iş təcrübəsi;Müşahidə Şurası, İdarə Heyəti, komitələr, səhmdarların ümumi yığıncağı və ya digər kollegial orqanlarla iş təcrübəsi üstünlükdür;Korporativ idarəetmə prinsipləri və bank qanunvericiliyi üzrə biliklər;İclasların təşkili və protokollaşdırılması, qərarların icrasının izlənilməsi və sənəd dövriyyəsi üzrə təcrübə;Rus dili yüksək səviyyədə, ingilis dili biliyi üstünlükdür;Yüksək təşkilatçılıq, analitik düşüncə, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Şirkət: Unibank Kommersiya Bankı
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/unibank/unibank-korporativ-katib-17463415/apply