
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis

Razılaşma yolu ilə
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
YoxlanılıbBu gün
Təsvir
Şirkətin fəaliyyəti və məhsulları haqqında daxili və xarici kommunikasiya kanalları üçün press-relizlərin, çıxış nitqlərinin, məqalələrin, reklam mətnlərinin, bloq yazılarının və vebsayt məzmunlarının hazırlanması və redaktəsi;Media orqanları, jurnalistlər və digər KİV nümayəndələri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;PR və KSM layihələri üzrə kommunikasiya planlarının hazırlanması, materialların KİV-də və sosial mediada yayımlanmasına nəzarət edilməsi və nəticələrə dair hesabatların hazırlanması;PR və KSM layihələri ilə bağlı foto və video çəkilişlərinin təşkili və idarə edilməsi;PR və KSM layihələrinin büdcələrinin hazırlanmasında iştirak edilməsi, xərclərin və nəticələrin izlənməsi;KİV-də və sosial mediada şirkət haqqında yayımlanan materialların gündəlik monitorinqi və aidiyyəti rəhbər şəxslərin məlumatlandırılması;Brend nüfuzunun formalaşdırılması, qorunması və böhran kommunikasiyasının idarə edilməsində iştirak edilməsi;Mətbuat konfranslarının, brifinqlərin, dəyirmi masaların, rəhbərliyin ictimaiyyətlə görüşlərinin və press-turların təşkili və işıqlandırılması;Əməkdaşlara yönəlmiş layihələr üzrə daxili kommunikasiya planlarının hazırlanması və həyata keçirilməsində iştirak edilməsi;Şirkətin strategiyasına, məqsədlərinə və dəyərlərinə uyğun korporativ kommunikasiya təşəbbüslərinin hazırlanması və həyata keçirilməsi;Şirkətin KSM prioritetlərinə uyğun sosial layihələrin təklif edilməsi, planlaşdırılması və icrasının koordinasiyası;KSM layihələri üçün qeyri-hökumət təşkilatları, icmalar və digər tərəfdaşlarla əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının qiymətləndirilməsi;KSM layihələrinin məqsəd və nəticə göstəricilərinin müəyyən edilməsi, icra nəticələrinin ölçülməsi və hesabatlaşdırılması;Şirkətin məhsul və xidmətlərinin tanıdılması üçün kommunikasiya ideyalarının təklif edilməsi;BTL promo aksiyaların, reklam aksiyalarının, açılış mərasimlərinin, təqdimatların və sosial yönümlü tədbirlərin təşkili, keçirilməsinə nəzarət və nəticələrinin qiymətləndirilməsi;Podratçı şirkətlərlə əlaqələrin qurulması və işlərinin koordinasiyası;Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi.
İş şəraiti:İş günləri: I-V günlər;İş saatı: 09:00-18:00.
Tələblər:
Ali təhsil (İctimaiyyətlə Əlaqələr, Jurnalistika, Marketinq və ya müvafiq sahə üzrə);Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;Azərbaycan dilində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı, Rus və İngilis dili biliyi əlavə üstünlükdür;Orfoqrafik yazı qaydalarını mükəmməl bilməli;Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;Kommunikasiya və təqdimat bacarığı;Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;İdarəçilik və liderlik bacarıqları, kollektiv və fərdi işləmə bacarığı;Texnoloji yeniliklər, elektronika məhsulları barədə məlumatlı olmaq üstünlükdür.
Vakansiya növü: Tam ştat
Şirkət: Kontakt Home
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-korporativ-kommunikasiya-layiheleri-uzre-mutexessis-9896/apply
Bənzər elanlar













Razılaşma yolu ilə
Aviatexniki təchizat və materialların idarəedilməsi şöbəsi/ Mütəxəssis
Bakı02.10.2026


