Prayk
Korporativ Satış Meneceri — Satış, Bakı
1 000 ₼

Korporativ Satış Meneceri

Analiz edilib1 ay əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
11
Nömrə
№2099173

Təsvir

İş şəraiti Hibrid iş formatı – həm ofisdə, həm də ofisdən kənarda fəaliyyət; İş saatları: 10:00–17:00; İlkin adaptasiya və iş prosesinin öyrənilməsi ofisdə həyata keçirilir; Potensial və mövcud korporativ müştərilərlə görüşlər keçirilir; Müştəri görüşləri və iş planına uyğun olaraq bəzi günlərdə iş rejimində çeviklik mümkündür; İş prosesi şirkətin daxili qaydaları və müəyyən edilmiş satış planına uyğun təşkil olunur. Əmək haqqı və motivasiya Aylıq əmək haqqı: 1000–1500 AZN; Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi; Bonus məbləği satış nəticələrinə və müəyyən edilmiş hədəflərin icrasına uyğun hesablanır; Yüksək satış nəticələri göstərən əməkdaş üçün əlavə gəlir əldə etmək imkanı; Peşəkar inkişaf və şirkətin təqdim etdiyi müxtəlif xidmətlər üzrə biliklərin artırılması imkanı. Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Tələblər: Satış sahəsində 1–3 il iş təcrübəsi; B2B və korporativ satış təcrübəsinin olması üstünlükdür; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Müştəri ilə düzgün münasibət qurmaq və ehtiyacı müəyyənləşdirmək bacarığı; Satışı nəticəyə çatdırmaq və yeni müştərilər cəlb etmək istəyi; Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma; Azərbaycan dilində səlis danışıq; rus dili biliyi üstünlükdür; Səliqəli xarici görünüş və işgüzar ünsiyyət mədəniyyəti; Xanım və bəy namizədlər müraciət edə bilər. Vəzifə öhdəlikləri: Potensial korporativ müştərilərin araşdırılması və yeni müştərilərin cəlb edilməsi; Şirkətin mühasibatlıq, maliyyə, HR, idarəetmə və proqram təminatı sahəsində təqdim etdiyi xidmətlərin korporativ müştərilərə tanıdılması və satışının həyata keçirilməsi; Telefon, e-mail, WhatsApp, LinkedIn və digər kommunikasiya kanalları vasitəsilə potensial müştərilərlə əlaqələrin qurulması; Müştərilərin biznes ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif edilməsi; Korporativ müştərilərlə görüşlərin təşkili və keçirilməsi; Müştərinin ehtiyacına uyğun kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Satış danışıqlarının aparılması və müştərilərin sual və etirazlarının düzgün şəkildə idarə olunması; Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi; Mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi və əlavə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi; Müştəri məlumatlarının və satış nəticələrinin CRM sistemində qeydiyyatının aparılması; Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsi; Bazar və rəqib şirkətlərin araşdırılması, yeni satış imkanlarının müəyyənləşdirilməsi; Satış fəaliyyəti ilə bağlı rəhbərliyə mütəmadi məlumat və hesabatların təqdim edilməsi. Maaş: 1000-1500 AZN İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© İnteko MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp