Hibrid iş formatı – ofisdə və ofisdən kənarda çalışma;
İş qrafiki: həftə içi 5 gün, 10:00 dan–17:00 dək;
İlkin adaptasiya və iş üzrə öyrənmə prosesi ofisdə həyata keçirilir;
Təcrübəli satış mütəxəssisinin dəstəyi ilə praktiki satış təcrübəsi qazanmaq imkanı;
Korporativ müştərilərlə görüşlərdə iştirak;
Uğurlu nəticələr göstərən əməkdaşlar üçün karyera inkişafı imkanı.
Əmək haqqı və bonus sistemi
Sabit əmək haqqı: 500 AZN
Satış nəticələrinə əsaslanan əlavə bonus sistemi
Yüksək satış göstəricilərinə uyğun olaraq əlavə gəlir əldə etmək imkanı
Satış nəticən artdıqca, qazanc imkanın da art
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər:
Satış sahəsində işləməyə və bu sahəni praktiki şəkildə öyrənməyə maraq;
Təcrübə tələb olunmur və ya minimal satış təcrübəsi olan namizədlər müraciət edə bilər;
Güclü ünsiyyət və insanlarla rahat əlaqə qurmaq bacarığı;
Telefonla müştərilərlə danışmaqdan çəkinməmək;
Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
Aktiv, enerjili və nəticəyönümlü olmaq;
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
Azərbaycan dilində səlis danışıq;
Rus dili biliyi üstünlükdür;
Səliqəli xarici görünüş və işgüzar ünsiyyət qaydalarına riayət etmək;
Xanım və bəy namizədlər müraciət edə bilər.
Vəzifə öhdəlikləri:
Potensial müştərilərin axtarışı və ilkin əlaqənin yaradılması;
Şirkətin təqdim etdiyi mühasibatlıq, HR, maliyyə və proqram təminatı xidmətləri haqqında müştərilərə ilkin məlumat vermək;
Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun xidmətləri təqdim etmək;
Müştəri əlaqələrini izləmək və satış prosesini nəticəyə yönəltmək.
Maaş: 500 AZN
İş təcrübəsi: Təcrübəsiz