Prayk

Korporativ satış meneceri

600 ₼
Yoxlanılıb1 ay əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
2
Nömrə
№2847626

Təsvir

“TB AK” MMC – ofis, dəftərxana, təsərrüfat və digər məhsulların təchizatı ilə məşğul olan təchizat şirkətidir. Şirkətimizin əsas müştəri qrupu korporativ şirkətlər, ofislər, müəssisələr və dəftərxana/ofis ləvazimatları satışı ilə məşğul olan mağaza və topdansatış şirkətləridir. Komandamıza yeni müştərilərin cəlb edilməsi və korporativ satışların inkişaf etdirilməsi üzrə Korporativ Satış Meneceri axtarırıq. Bu vəzifədə əsas məqsəd hazır müştəri gözləmək deyil, aktiv şəkildə yeni korporativ müştərilər tapmaq və satış bazasını genişləndirməkdir. Namizəd əsasən: Şirkətlər → Ofislər → Müəssisələr → Dəftərxana mağazaları → Topdansatış müştəriləri istiqamətində yeni əlaqələr quracaq və satışları inkişaf etdirəcək. Biz nə təklif edirik: Əmək müqaviləsi; Əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi; Satış və müştəri bazasının formalaşdırılması üçün dəstək; Məhsul çeşidi və şirkətin fəaliyyəti üzrə təlim; Peşəkar inkişaf və karyera imkanları; Aktiv və nəticəyönümlü iş mühiti. Bazar ertəsi – Cümə 09:00 – 18:00 Bakı şəhəri, Nərimanov rayonu CV-nizi [email protected] elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Korporativ Satış Meneceri” qeyd etməyiniz xahiş olunur. Tələblər: B2B və ya korporativ satış sahəsində təcrübə arzuolunandır; Aktiv satış və müştəri cəlbetmə bacarığı; Güclü ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti; Yeni müştəri axtarmaq və əlaqə yaratmaq bacarığı; Nəticəyönümlü və məsuliyyətli olmaq; Komanda ilə işləmək bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; MS Office proqramlarından istifadə bacarığı; Satış proqramları və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür. Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin axtarılması və cəlb edilməsi; Şirkət, ofis və mağazalarla əlaqələrin qurulması; Potensial müştərilərin müəyyən edilməsi və müştəri bazasının genişləndirilməsi; Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması; Məhsullar üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Müştərilərin tələblərinin öyrənilməsi və uyğun məhsulların təklif edilməsi; Telefon, WhatsApp, e-mail və digər kanallar vasitəsilə aktiv satış aparılması; Görüşlərin təşkili və müştərilərə təqdimatların keçirilməsi; Qiymət sorğularının qəbul edilməsi və sifarişlərin satış prosesinin sonuna qədər izlənilməsi; Satış nəticələri və yeni müştərilər barədə mütəmadi hesabatların hazırlanması; Şirkətin məhsul çeşidi və xidmətləri haqqında müştərilərə ətraflı məlumat verilməsi. Maaş: 600-2000 AZN Yaş: 20-40 İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© TB AK MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp