
Bakı5
Korporativ Satış Meneceri
Korporativ Satış Meneceri
2 500 ₼
Yoxlanılıb1 həftə əvvəl
Təsvir
“ZƏHMƏT RUZİ” MMC Korporativ Satış Meneceri (Dövlət Qurumları üzrə) axtarır!🎯 Vəzifənin məqsədiDövlət qurumları və iri institusional müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması, satışların inkişaf etdirilməsi və müştəri ehtiyaclarına uyğun məhsulların hazırlanmasının koordinasiyası.📌 Əsas vəzifələr:• Dövlət və institusional müştərilərlə yeni əlaqələrin qurulması və mövcud portfelin inkişafı;• Müştəri ehtiyaclarının, satınalma tələblərinin və bazar imkanlarının araşdırılması;• Xüsusi məhsul tələblərinin müəyyənləşdirilməsi və İstehsalat, Keyfiyyət, R&D komandaları ilə koordinasiya;• Nümunə, degustasiya, sınaq və müştəri təsdiqi proseslərinin idarə olunması;• Tender və dövlət satınalmalarında iştirakın təşkili;• Kommersiya təklifləri, müqavilələr və satış planlarının idarə olunması;• Satış nəticələri və müştəri portfelinin inkişafına görə məsuliyyət.🔎 Namizədə tələblər:• Korporativ satış sahəsində minimum 5 il təcrübə;• Dövlət qurumları və ya iri institusional müştərilərlə iş təcrübəsi;• Dövlət satınalmaları və tender prosesləri üzrə praktiki anlayış;• FMCG/qida sənayesində satış təcrübəsi üstünlükdür;• Güclü danışıqlar, təqdimat və kommunikasiya bacarıqları;• Müştəri ehtiyaclarını texniki tələblərə çevirmək bacarığı;• Rus və ingilis dillərində sərbəst ünsiyyət arzuolunandır.📊 Əsas KPI-lar:• Satış həcmi və gəlir;• Yeni müştəri və müqavilələrin sayı;• Tender və satınalma nəticələri;• Müştəri portfelinin inkişafı və yeni məhsulların satışa çıxarılması.Təklif edirik:• Könüllü tibbi sığorta paketi• Nahar təminatı• Korporativ nömrə• Yanacaq xərci• Əmək haqqı: 2500 AZN + KPI əsaslı yüksək bonus sistemi📍 İş rejimi: 09:00–18:00 | 5 günlük iş həftəsi📍 Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan📩 CV-lərinizi “Korporativ Satış Meneceri” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.
REKLAM













