Prayk

Korporativ satış meneceri

1 300 ₼
Yoxlanılıb4 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
4
Nömrə
№4070763

Təsvir

“Rocco Group” MMC, tikinti materialı üzrə şatış həyata keçirən və sürətlə böyüyən şirkətdir. Satış əməliyyatlarımızı optimallaşdırmaq üçün təcrübəli “Korporativ satış üzrə menecer” axtarılır. İş şərtləri İş rejimi: 6 günlük (I-V günlər saat 09:00 dan–17:00 dək, VI gün saat 09:00 dan–15:00 dək). Əmək haqqı: 700- 1300 AZN və bonus sistemi (satış nəticələrinə görə əlavə motivasiya). Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə. Peşəkar təlimlər və inkişaf imkanları. Qeyd: Satış şəxsi avtomobil ilə həyata keçirilir. Gündəlik benzin sərfiyyatı və aylıq baxım xərcləri şirkət tərəfindən ödənilir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Mövzu hissəsində “Korporativ satış üzrə menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əlaqə nömrəsi: 0559588888 Ramal bəy Şirkətin satış strategiyasına uyğun olaraq korporativ müştəri bazasının genişləndirilməsi. Potensial müştərilərin müəyyənləşdirilməsi, ilkin görüşlərin təşkili və aparılması. Müştərinin ehtiyaclarının analizi və uyğun kommersiya təkliflərinin hazırlanması. Məhsul və xidmətlərin təqdimatı, qiymət müzakirələrinin aparılması. Satış prosesinin bütün mərhələlərinin idarə edilməsi və hədəflərin yerinə yetirilməsi. Mövcud müştərilərlə davamlı əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın təmin edilməsi. Satış göstəriciləri üzrə gündəlik/aylıq hesabatların hazırlanması. Müştərilərlə bağlanmış müqavilələrin şərtlərinə uyğun icrasına nəzarət. Rəqib şirkətlərin və bazar tendensiyalarının mütəmadi analizi. Əmək haqqı: 700-1300 AZN

Elanın mənbəyi

Orijinal elanı aç

© Rocco Group azjob.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.