Prayk

Korporativ satış və əməkdaşlıqlar üzrə menecer

1 000 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
KateqoriyaSatış

№6439621·Baxışlar: 4

Təsvir

Safa Cake komandamıza korporativ satış sahəsində təcrübəli, aktiv müştəri əlaqələri olan və yeni biznes imkanları yaratmağı bacaran peşəkar əməkdaş axtarırıq. Əsas məqsəd: Şirkətlər, banklar, otellər, biznes mərkəzləri və digər korporativ müştərilərlə əməkdaşlıqlar qurmaq, Safa Cake-in korporativ satış istiqamətini inkişaf etdirmək. İş şəraiti və təklifimiz * İş yeri: Bakı şəhəri; * İş rejimi: Tam iş günü; * Sabit əməkhaqqı: 1 000 AZN; * Satış nəticələrinə uyğun əlavə bonus və komissiya; * Peşəkar və inkişaf edən şirkətdə karyera imkanları. Üstünlük veriləcək namizədlər Otelçilik, catering, FMCG, qida istehsalı, distribütorluq və korporativ satış sahələrində çalışmış, şirkətlərlə hazır əlaqələri olan namizədlərə üstünlük veriləcək. Müraciət: CV-nizi və korporativ satış sahəsində əvvəlki iş təcrübəniz və əldə etdiyiniz nəticələr barədə qısa məlumatı bizə göndərin. Öhdəliklər * Yeni korporativ müştərilərin cəlb edilməsi; * Böyük və orta şirkətlərlə işgüzar görüşlərin keçirilməsi; * Şirkətlərin HR, satınalma və inzibati şöbələri ilə əməkdaşlıq əlaqələrinin qurulması; * Safa Cake məhsullarının və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi; * Gündəlik və müntəzəm şirniyyat, tort və desert sifarişlərinin əldə edilməsi; * Korporativ hədiyyə qutularının satışının təşkili; * Yeni il, Novruz, 8 Mart və digər xüsusi günlər üçün korporativ satışların inkişaf etdirilməsi; * Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması; * Müştəri bazasının yaradılması və idarə edilməsi; * Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın təmin edilməsi; * Satış nəticələri üzrə müntəzəm hesabatların hazırlanması. Tələblər * B2B və korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi; * Hazır korporativ müştəri əlaqələrinin və işgüzar əlaqələr şəbəkəsinin olması; * Yeni müştərilər cəlb etmək və satış bağlamaq bacarığı; * Yüksək ünsiyyət və təqdimat qabiliyyəti; * Danışıqlar aparmaq və kommersiya təklifləri hazırlamaq bacarığı; * Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq; * MS Office və CRM sistemləri ilə işləmək bacarığı; * Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür.

Elanın mənbəyi

Orijinal elanı aç

© Safa Cake busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM