
Bakı12
Kreativ Prodüser
Kreativ Prodüser
500 ₼
Yoxlanılıb2 gün əvvəl
Təsvir
Redmark Agency olaraq komandamıza video və foto çəkilişləri ideyadan çəkilişə qədər idarə edəcək kreativ prodüser axtarırıq.
Öhdəliklər:
Pre-production: ssenari və brief əsasında çəkiliş planı, shot-list və call-sheet hazırlanması, komandanın (videoqraf, fotoqraf) çəkilişə hazırlanması
Çəkiliş günü: çəkilişlərdə şəxsən iştirak, prosesin vaxtında və brief-ə uyğun getməsinə nəzarət, həkimlərə kamera qarşısında rahat olmaqda dəstək
Məkan axtarışı: klinikadan kənar çəkilişlər və brend kampaniyaları üçün uyğun məkanların tapılması, razılaşdırılması və icarəsi
Rekvizit və logistika: lazım olduqda rekvizit, geyim, dekor və məhsulların təmin edilməsi; model, aktyor, qrim ustası kimi podratçılarla koordinasiya
Büdcə və nəzarət: çəkiliş xərclərinin planlanması və büdcə çərçivəsində qalınması
Post-production ötürülməsi: materialların montaj komandasına vaxtında və sistemli şəkildə təhvil verilməsinə nəzarət
Tələblər:
Prodakşn, reklam agentliyi, media və ya tədbir təşkili sahəsində minimum 1 il təcrübə
Video çəkiliş prosesini, xüsusilə Reels/TikTok formatlı sosial media kontentinin necə hazırlandığını yaxşı anlamaq
Güclü təşkilatçılıq: eyni həftədə bir neçə müştəri üzrə çəkilişləri planlayıb idarə edə bilmək
Həkimlər və klinika rəhbərliyi ilə peşəkar və nəzakətli ünsiyyət qurmaq bacarığı
Tibbi mühitin həssaslığını anlamaq: pasiyent məxfiliyinə və klinika qaydalarına hörmət
Stresli situasiyalarda soyuqqanlı qalmaq və çəkiliş günü yaranan problemləri operativ həll etmək
İş şəraiti
Əmək haqqı: 500-700 AZN
İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00
Nə təklif edirik:
Qurulmuş proseslər və aydın kontent planı ilə sistemli iş mühiti
Videoqraf, kontent və marketinq komandası ilə yaxın əməkdaşlıq
Güclü komanda mədəniyyəti və mütəmadi team building
CV-nizi və varsa portfolionuzu “Prodüser” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/208572/kreativ-produser
REKLAM









