Künc divan, müasir və zərif interyerə uyğun dizaynla təqdim olunur. Yumşaq boz rəngi və dekorativ yastıqları ilə qonaq otağı üçün funksional seçimdir.
Ölçüləri: 260 x 160 sm
Xüsusiyyətləri:
- Açılan mexanizm
- Bazalı quruluş
- 2 ədəd yastıq hədiyyə
- Rəng seçimi mümkündür
Divanın yan hissəsində uzanan künc modulu var və məkanın səmərəli istifadəsinə imkan yaradır. Oturacaq və söykənəcək hissəsində şaquli tikiş detalı, qollarda isə dekorativ vurğular dizayna əlavə estetik görünüş verir. Metal ayaqlar mebelə yüngül və müasir görüntü qazandırır.