Prayk

Layihə Koordinatoru Meneceri

400 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
9
Nömrə
№5507385

Təsvir

Uşaq Mərkəzinin yaradılması üzrə Layihə Koordinatoru / Meneceri Vəzifənin məqsədi Bakıda yaradılacaq uşaq mərkəzinin məkanın seçilməsindən başlayaraq təmir, təchizat, komandanın formalaşdırılması və rəsmi açılışa qədər bütün proseslərini koordinasiya edəcək məsuliyyətli və təşkilatçılıq qabiliyyətinə malik mütəxəssis axtarılır. Əməkdaşlıq şərtləri Əməkdaşlıq outsourcing / xidmət göstərilməsi formatında nəzərdə tutulur. Xidmət haqqı həftəlik ödəniləcək. Ödəniş məbləği namizədin təcrübəsi və bacarıqları nəzərə alınmaqla müsahibə əsasında müəyyən ediləcək. Obyektin, podratçıların və əməkdaşların yekun seçimi, büdcə və satınalma qərarları rəhbərlik tərəfindən təsdiq edilir. Mərkəz fəaliyyətə başladıqdan sonra uğurlu əməkdaşlıq olduğu təqdirdə namizədə mərkəzin idarə edilməsinin həvalə edilməsi mümkündür. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini və həyata keçirdikləri oxşar layihələr barədə qısa məlumatı təqdim edə bilərlər. Layihələrin idarə edilməsi, obyektlərin sıfırdan yaradılması və ya açılışa hazırlanması sahəsində təcrübə arzuolunandır. Bakı daşınmaz əmlak bazarını tanımaq. Podratçılar və təchizatçılarla işləmək, qiymətləri və kommersiya təkliflərini müqayisə etmək bacarığı. Güclü təşkilatçılıq, koordinasiya və danışıqlar aparmaq bacarığı. Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Azərbaycan və rus dillərini bilmək vacibdir. İngilis və/və ya türk dili üstünlükdür. Layihə üzrə obyektlərdə mütəmadi iştirak etmək imkanı. Uyğun məkanların araşdırılması, icarə şərtlərinin müqayisəsi və rəhbərliyə təkliflərin təqdim edilməsi. Dizaynerlərin, tikinti briqadalarının, podratçıların və təchizatçıların axtarışı və işlərinin koordinasiyası. Təmir, layihələndirmə, mebel və avadanlıqların sifarişi, çatdırılması və quraşdırılmasına nəzarət. Layihə qrafikinin hazırlanması, müddətlərə və təsdiq edilmiş büdcəyə uyğunluğun izlənilməsi. Uşaq mərkəzinin təhlükəsizlik, texniki və digər zəruri tələblərə uyğun hazırlanması prosesinin koordinasiyası. Mərkəz üçün komandanın formalaşdırılması və işçilərin seçimi prosesinin təşkili. Açılışa hazırlıq planının icrasına və mərkəzin vaxtında fəaliyyətə başlamasına nəzarət. Əmək haqqı: 400 AZN

Elanın mənbəyi

Orijinal elanı aç

© Delta Kid azjob.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp