
Bakı2
Layihə mühəndisi
Layihə mühəndisi
1 500 ₼
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar2
Nömrə№4167622
Təsvir
İş barədə məlumat:
İş barədə məlumat:
İş günü: 5gün iş vaxtı: 09:00-dan 18:00-dək
Şənbə günü: 10:00-13:00dək
Əmək haqqı: 1500azn
İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Layihə Mühəndisi” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkili CV-ləri elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər
Vəzifə öhdəlikləri:
• Cəmiyyətin tikinti sahələrində tikinti-quraşdırma işlərinin planının işçi çertyojlarına, layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
• Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, Cəmiyyətin daxili normativ aktlarını, SNİP, GOST, ISO standartlarını, eləcə də rəhbərliyin göstəriş və sərəncamlarını rəhbər tutmaq;
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
• Layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək;
• İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünü araşdırmaq, onların yerinə yetirilməsi prosesinin hazırlanmasına, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmasına təsir göstərmək;
• Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatları aparmaq;
• İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib etmək, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatları tərtib etmək;
• Layihə, proqram, plan və müqavilələrin həyata keçirilməsində metodiki və praktiki yardım göstərmək;
• Texniki sənədlərin ekspertizasını aparmaq, avadanlığın vəziyyətinə və istismar edilməsinə nəzarət etmək, daxili ehtiyatları üzə çıxarmaq, onun işində olan çatışmazlığın və nasazlığın səbəblərini müəyyən etmək, onların aradan qaldırılması tədbirlərini həyata keçirmək;
Tələblər:
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 35 - 50
Cins : Kişi
Namizədə tələblər:
• Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
• Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
• Avtocad proqramını yüksək səviyyədə bilməli;
• MS Office (Word, Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
• Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
• Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
• Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
• Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
• Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
• Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
• Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;
Əmək haqqı: 1500 AZN
Şirkət: ROMS Group MMC
Müraciət: https://ejob.az/is-elani/104725-layihe-muhendisi/
Bənzər elanlar














AzəriMed MMC
