Prayk

Leading Full-Stack Developer (AI)

Razılaşma yolu ilə
Yoxlanılıb4 gün əvvəl
Tarix
Nömrə
№2987365

Təsvir

Təsvir Biz, innovativ süni intellekt məhsullarını inkişaf etdirən dinamik və təcrübəli Fullstack AI Developer axtarırıq. Bu rolda siz, mürəkkəb süni intellekt modellərini (LLM, RAG sistemləri, agentlər) real istifadəçi interfeyslərinə inteqrasiya edərək, sıfırdan hazır proqram məhsulları (end-to-end) ərsəyə gətirəcəksiniz. Vəzifə öhdəlikləri Biznes tələblərinin texniki tapşırıqlara (architecture design) çevrilməsi və digər departamentlərlə texniki məsləhətçi kimi qarşılıqlı fəaliyyətin aparılması; AI alətləri və biznes məntiqi ilə problemsiz işləyən güclü backend arxitekturasının dizaynı və idarə edilməsi; Kod keyfiyyətinin, təhlükəsizliyinin və performansının artırılması məqsədilə kod analizi (code review) və testləşdirmə proseslərinin idarə edilməsi; Yeni texnologiyaların, frameworkların araşdırılması və layihələrə tətbiq olunma imkanlarının qiymətləndirilməsi; OpenAI (GPT), Google (Gemini) , Anthropic (Claude), Llama kimi böyük dil modellərinin (LLM) API-lar vasitəsilə tətbiqə inteqrasiya olunması; Cloud əsaslı sistemlərin lokal (on-premise) mühitə köçürülməsi və infrastrukturun buna uyğun tənzimlənməsi; Sistemlərin inteqrasiyası, API dizaynı, məlumat təhlükəsizliyi və performans optimallaşdırılması üzrə strateji qərarların qəbul edilməsi; Layihə üzrə texniki sənədləşmələrin hazırlanması və analitik hesabatlılığın aparılması. Tələblər Ali təhsil (Kompüter elmləri, Proqram mühəndisliyi, İKT və ya əlaqəli sahələr üzrə); Full Stack Developer və ya oxşar proqramlaşdırma vəzifəsində minimum 3-4 il iş təcrübəsi; Backend: Python (FastAPI) və ya Node.js (TypeScript) dillərində mükəmməl proqramlaşdırma bacarığı, data strukturları və alqoritmlər üzrə biliklər, mikroservis arxitekturası üzrə dərin biliklər; Frontend: React.js, Next.js framework-ləri ilə zəngin iş təcrübəsi; AI & LLM: LangChain, LlamaIndex və ya bənzər AI framework-ləri ilə iş təcrübəsi; Vector DB: Pinecone, ChromaDB, PGVector və ya Azure AI Search kimi verilənlər bazaları ilə işləmək bacarığı; API & İnteqrasiya: RESTful API və WebSockets texnologiyaları üzrə dərin biliklər; Verilənlər Bazası: PostgreSQL və MySQL üzrə sorğu optimallaşdırılması və verilənlər bazası strukturlarının layihələndirilməsi; CI/CD konseptləri, Docker və bulud serverləri (AWS, Azure və ya GCP) ilə infrastruktur səviyyəsində işləmək bacarığı; Versiya Kontrolu: Git və GitHub/GitLab ilə sərbəst işləmə bacarığı. Üstünlükdür: MLOps alətləri (Kubernetes) haqqında anlayış. Bulud platformaları (AWS, Google Cloud, Azure) ilə iş təcrübəsi. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 24.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Kontakt Home jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax