Prayk

Mağaza rəhbəri / Satış meneceri

800 ₼
Yoxlanılıb3 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
6
Nömrə
№4746708

Təsvir

iCloud mağazasına Mağaza rəhbəri / Satış meneceri tələb olunur iCloud mağazamız üçün sadəcə məhsul satan əməkdaş deyil, mağazanı öz işi kimi sahiblənəcək, yeni müştərilər gətirəcək, satışları və mağazanın gəlirini artıracaq məsuliyyətli və təşəbbüskar əməkdaş axtarırıq. Əgər sən “mənə nə tapşırılıbsa onu edim” düşüncəsində deyilsənsə və “bu mağazanı necə daha çox böyüdə bilərəm?” deyə düşünürsənsə, bu vakansiya sənin üçündür. Əməkhaqqı və bonus 800 AZN sabit maaş + mağazanın xalis gəlirindən 10% bonus Yəni mağazanın gəliri artdıqca sənin də qazancın artır. Məsələn: 3,000 AZN xalis gəlir → 300 AZN bonus 5,000 AZN xalis gəlir → 500 AZN bonus 10,000 AZN xalis gəlir → 1,000 AZN bonus 15,000 AZN xalis gəlir → 1,500 AZN bonus Beləliklə, yüksək nəticə göstərən əməkdaşın aylıq gəliri 800 AZN-lə məhdudlaşmır. Biz kim axtarırıq? Bizə sadəcə mağazada oturub müştəri gözləyən satıcı lazım deyil. Biz mağazanı sahiblənəcək insan axtarırıq. Səndən gözləntimiz budur ki: “Bu gün neçə məhsul satım?” yox, “Bu mağazaya necə daha çox müştəri gətirim, satışı necə artırım və gəliri necə böyüdüm?” deyə düşünəsən. Əgər yeni ideyaların varsa, onları həyata keçirmək üçün sənə imkan veriləcək. İş şəraiti İş yeri: Bakı İş qrafiki: Tam iş günü Maaş: 800 AZN + xalis gəlirdən 10% bonus Vəzifə: Mağaza rəhbəri / Satış meneceri Müraciət etmək istəyən şəxslər CV-ni göndərsin və özləri haqqında qısa məlumat versinlər. Qeyd: Müsahibə zamanı namizəddən iCloud mağazasının satışlarını artırmaq üçün ilk 30 gündə hansı addımları atacağını izah etməsi xahiş olunacaq. Tələblər: Güclü ünsiyyət və satış bacarığı Müştəri ilə düzgün münasibət qurmağı bacarmaq Təşəbbüskar və məsuliyyətli olmaq Özbaşına işləmək və qərar qəbul etmək bacarığı Yeni müştəri tapmaq və satış yaratmaq qabiliyyəti Sosial mediadan aktiv istifadə etmək Nəticəyə və gəlirə fokuslanmaq Telefon və elektronika sahəsinə maraq Satış sahəsində əvvəlki təcrübə üstünlükdür Azərbaycan dili səlis, rus dili və ya ingilis dili bilmək üstünlükdür Vəzifə öhdəlikləri: Mağazanın gündəlik fəaliyyətini müstəqil idarə etmək Müştəriləri qarşılamaq və yüksək səviyyədə xidmət göstərmək Məhsullar haqqında müştəriyə düzgün və ətraflı məlumat vermək Satışları həyata keçirmək və satış nəticələrini artırmaq Yeni müştəriləri aktiv şəkildə axtarmaq və mağazaya cəlb etmək Instagram, TikTok, WhatsApp və digər sosial platformalardan satış yaratmaq Mövcud müştərilərlə əlaqəni qorumaq və təkrar satışlar yaratmaq Yeni satış ideyaları və kampaniyalar təklif etmək Korporativ və digər potensial müştərilərlə əlaqələr qurmaq Rəqibləri və bazarı izləmək Mağazanın görünüşünə, səliqəsinə və məhsulların düzgün təqdimatına nəzarət etmək Günlük və aylıq satış nəticələrini izləmək Mağazanın gəlirinin artırılması üçün yeni yollar tapmaq Rəhbərlikdən daimi tapşırıq gözləmədən təşəbbüs göstərmək Maaş: 800-2300 AZN Yaş: 22-35 Təhsil: Orta İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© Orange Store MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp