
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri
Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssis - Gəncə şəhəri
Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Nömrə№3492770
Təsvir
“AZZA” QSC – bu gün Azərbaycanın ən böyük şirniyyat mağazaları şəbəkə “ Mağazaların təmiri və texniki xidməti üzrə texniki mütəxəssislər “vakansiyalarını elan edir.
Fəaliyyətimizin genişləndirilməsi ilə əlaqədar mağazalarımızda təmir, quraşdırma və texniki işlərin həyata keçirilməsi üçün texniki mütəxəssislər axtarırıq.
Vakant vəzifələr:
Elektrik
Kondisioner ustası
Soyuducu ustası
Texniki işçi
Əsas vəzifələr:
Mağazalarda təmir və texniki işlərin həyata keçirilməsi;
Elektrik avadanlıqlarına texniki xidmət və təmir işlərinin aparılması;
Kondisioner və soyuducu avadanlıqlarının texniki xidməti və təmiri;
Xırda təmir və təsərrüfat işlərinin görülməsi;
Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılması;
Planlı və cari təmir işlərinin həyata keçirilməsi.
Komanda ilə işləmək bacarlığı olmalıdır.
İstifadə olunan təmir tikinti materiallarının konstruktiv xüsusiyətlərini, təyinatını, iş prinsiplərini və istismarı qaydalarını bilməlidir.
Namizədə tələblər:
Müvafiq sahə üzrə iş təcrübəsi;
Məsuliyyətli və intizamlı olmaq;
Texniki biliklərə malik olmaq;
Nasazlıqların operativ şəkildə aradan qaldırılması bacarığı;
Şəxsi avtomobilin olması mütləqdir;
Səyyar iş rejimində işləməyə hazır olmaq.
İş şəraiti:
İş yeri: Gəncə şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: namizədin təcrübə və peşəkar bacarıqlarından asılı olaraq müəyyən edilir.
Namizədlərdən mövzu hissəsində “Mağazaların təmiri və texniki xidməti üzrə mütəxəssislər” vakansiyasının adını qeyd etməklə, fotoşəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Son müraciət tarixi: 30.10.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Azza Gastronom jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
Bənzər elanlar




Razılaşma yolu ilə
Biznes analitika üzrə aparıcı mütəxəssisi (Omnichannel) / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi
BakıDünən 12:32

Razılaşma yolu ilə
Aparıcı Data mütəxəssisi (Omnichannel) / Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi
BakıDünən 12:32









