Prayk

Maliyyə Direktoru

Razılaşma yolu ilə
Analiz edilibDünən
ŞəhərBakı
KateqoriyaMaliyyə

№6348385·Baxışlar: 2

Təsvir

Şirkətin maliyyə fəaliyyətinin effektiv idarə edilməsini təmin edəcək təcrübəli Maliyyə Direktoru axtarırıq. Vəzifə öhdəlikləri: Şirkətin ümumi maliyyə siyasətini hazırlamaq və həyata keçirilməsinə rəhbərlik etmək; İllik büdcənin hazırlanmasını, icrasına nəzarəti təşkil etmək; Gəlir, xərc, mənfəət və rentabellik göstəricilərini təhlil etmək; Pul vəsaitlərinin hərəkətini (Cash Flow) və likvidliyi idarə etmək; Maliyyə risklərini müəyyənləşdirmək, qiymətləndirmək və onların minimallaşdırılması istiqamətində tədbirlər görmək; Maliyyə hesabatlarının düzgün və vaxtında hazırlanmasını təmin etmək; Vergi öhdəliklərinin və qanunvericilik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; Maliyyə nəzarəti və hesabatlılıq sistemlərinin təkmilləşdirilməsini təmin etmək; Şirkətin investisiya və inkişaf layihələrinin maliyyə qiymətləndirilməsini həyata keçirmək; Maliyyə departamentinin fəaliyyətini idarə etmək, komandanın peşəkar inkişafını təmin etmək; Rəhbərliyə maliyyə nəticələri və biznesin inkişafı ilə bağlı analitik hesabatlar və təkliflər təqdim etmək. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil; Maliyyə sahəsində minimum 5 il, rəhbər vəzifədə minimum 3 il iş təcrübəsi; Maliyyə planlaşdırılması, büdcələşdirmə və maliyyə təhlili üzrə dərin biliklər; Vergi qanunvericiliyi və mühasibat uçotu standartları üzrə praktiki biliklər; Maliyyə hesabatlığı üzrə  (milli və IFRS) dərin və köklü biliklər; Pul vəsaitlərinin hərəkətinin və dövriyyə kapitalının idarə edilməsi üzrə təcrübə; ERP və maliyyə proqramları, MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı; Strateji düşünmə, analitik təhlil və qərarvermə bacarığı; Güclü liderlik, kommunikasiya və komanda idarəetmə bacarıqları; Yüksək məsuliyyətlilik və nəticəyönümlülük. Biz təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Dinamik və inkişafyönümlü iş mühiti; Şirkətin strateji qərarvermə prosesində iştirak imkanı. İş yeri: Sədərək TM Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, razılaşma yolu ilə. CV-lərinizi mövzu hissəsində “Maliyyə Direktoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208419/maliyye-direktoru
REKLAM