Prayk

Maliyyə müdiri

2 000 ₼
Yoxlanılıb2 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Nömrə
№2138923

Təsvir

Tələblər: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya tətbiqi riyaziyyat sahəsində) Yalnız maliyyə sahəsində (Maliyyə müdiri, Baş maliyyə analitiki və ya Maliyyə mütəxəssisi kimi) minimum 3-5 il iş təcrübəsi Maliyyə uçotu, maliyyə təhlili və idarəetmə uçotu prinsiplərini mükəmməl bilmək MS Excel (mürəkkəb düsturlar, Pivot Table, maliyyə modelləşdirilməsi) və MS Word proqramlarını yüksək səviyyədə bilmək 1C 8.3 proqramında sərbəst və dəqiq işləmək bacarığı Böyük həcmli məlumatlarla işləmək və analitik təfəkkür qabiliyyəti Məsuliyyətlilik, operativlik və komandanı idarəetmə bacarığı Vəzifə öhdəlikləri: Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi Maliyyə uçotunun dəqiq, şəffaf və vaxtında aparılmasına tam nəzarət edilməsi 1C 8.3 proqramı üzərindən maliyyə əməliyyatlarının izlənməsi və strukturlaşdırılması Şirkətin əsas maliyyə hesabatlarının (Nağd pul axını, Mənfəət və Zərər, Balans) hazırlanması, təhlili və rəhbərliyə təqdim olunması İllik, rüblük və aylıq büdcələrin planlaşdırılması, büdcə icrasına nəzarət və kənaraçıxmaların analizi Şirkətin pul vəsaitlərinin hərəkətinə, xərclərin optimallaşdırılmasına və maya dəyərinin hesablanmasına nəzarət Maliyyə risklərinin əvvəlcədən müəyyən edilməsi və onların minimuma endirilməsi üçün tədbirlər planının hazırlanması MS Excel proqramında mürəkkəb maliyyə modellerinin, proqnozların və analitik hesabatların qurulması Maaş: 2000-2500 AZN Yaş: 30-50 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© armymarket boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


BakıDünən 11:24