Prayk
Maliyyə mütəxəssisi — Maliyyə
Razılaşma yolu ilə

Maliyyə mütəxəssisi

YoxlanılıbBu gün
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
3
Nömrə
№4830825

Təsvir

Struktur: Maliyyə departamenti İşin təsviri Audit prosesində Big4 və ya digər auditorlarla əməkdaşlıq etmək, sorğuları cavablandırmaq; Aylıq, rüblük və illik maliyyə bağlanışı prosesində (month-end/year-end closing) aktiv iştirak etmək; Şirkətin maliyyə hesabatlarının IFRS standartlarına uyğun hazırlanması və təqdim edilməsində iştirak etmək; Yerli uçot (vergi və milli uçot standartları) ilə IFRS arasındakı fərqləri təhlil etmək və uzlaşdırmaq; Şirkətin əsas uçot siyasətinin hazırlanmasında və dövri yenilənməsində aktiv iştirak etmək, IFRS-də baş verən yenilikləri izləmək və tətbiq etmək; Maliyyə göstəricilərini təhlil etmək, rəhbərliyə analitik hesabatlar hazırlamaq və rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; MS Office proqramları ilə işləmək bacarığı; İngilis dili biliyi; IFRS üzrə bilik və praktiki tətbiq təcrübəsi mütləqdir; Big10 audit şirkətlərində iş təcrübəsi üstünlükdür; ACCA və ya müvafiq sahə üzrə digər beynəlxalq qurumların sertifikatlarına (xüsusilə FR və ya DipIFR) sahib olmaq üstünlükdür. İş şəraiti İş rejimi: 5 gün 09:00 – 18:00 İş yeri: Sumqayıt şəhəri; Nahar və servis xidməti şirkət tərəfindən qarşılanır. CV-lərinizi mövzu hissəsində “Maliyyə mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Son müraciət tarixi: 19.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Azertexnolayn jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM