Prayk

Marketinq üzrə şöbə müdiri

1 000 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
9
Nömrə
№3816555

Təsvir

Vəzifəyə tələblər:Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;Marketinq sahəsində minimum 3–5 il iş təcrübəsi;Reklam, digital marketinq, sosial media və brend kommunikasiyası üzrə praktiki biliklər;Media və reklam agentlikləri ilə iş təcrübəsi;MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yaxşı işləmək bacarığı;Analitik düşünmə və hesabat hazırlamaq bacarığı;Eyni zamanda bir neçə layihəni idarə etmək və prioritetləşdirmək bacarığı;Güclü kommunikasiya, koordinasiya və danışıqlar aparmaq bacarıqları;Azərbaycan dilini mükəmməl, rus və/və ya ingilis dilini yaxşı səviyyədə bilmək. Vəzifə öhdəlikləri:İllik marketinq planına uyğun fəaliyyətlərin həyata keçirilməsində iştirak etmək;Reklam və marketinq kampaniyalarının hazırlanması və icrasını koordinasiya etmək;TV, radio, onlayn media, outdoor və digər reklam kanallarında yerləşdirmələrin təşkilini təmin etmək;Sosial media və rəqəmsal kommunikasiya fəaliyyətlərinin icrasını əlaqələndirmək;Reklam mətnləri, vizuallar, video materiallar və digər marketinq kontentlərinin hazırlanması prosesində iştirak etmək;Reklam və kreativ agentliklər, media şirkətləri, çap evləri və digər tərəfdaşlarla gündəlik işləri koordinasiya etmək;Kampaniyalar üzrə media planların hazırlanmasında iştirak etmək və yerləşdirmələrin plana uyğun icrasına nəzarət etmək;Şirkətin məhsul və xidmətləri üzrə promo aksiyaların, tədbirlərin və digər marketinq aktivliklərinin təşkilində iştirak etmək;Brend standartlarının reklam və kommunikasiya materiallarında düzgün tətbiq olunmasına nəzarət etmək;Bazar, rəqiblər, qiymətlər, kampaniyalar və müştəri davranışları üzrə məlumat toplamaq və təhlillər aparmaq;Marketinq kampaniyalarının nəticələrini reach, engagement, lead, conversion və digər göstəricilər üzrə izləmək;Marketinq xərclərinin və büdcə istifadəsinin uçotunu aparmaq, plan-fakt müqayisələrini hazırlamaq;Marketinq fəaliyyətləri üzrə həftəlik, aylıq və kampaniya əsaslı hesabatlar hazırlamaq;Satış, PR, dizayn, digital və digər aidiyyəti komandalarla marketinq layihələrinin icrasını koordinasiya etmək;Yeni marketinq və kommunikasiya imkanları ilə bağlı araşdırmalar aparmaq və təkliflər təqdim etmək;Rəhbərlik tərəfindən verilən marketinq istiqamətli digər tapşırıqların icrasını təmin etmək.İş vaxtının norması:Həftə içi 5 gün09:00-18:00Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Marketinq üzrə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.
REKLAM