Prayk

Mechanical Technician / Mexanik

Razılaşma yolu ilə
YoxlanılıbDünən

№6521977·Baxışlar: 6

Təsvir

Şöbə: Mühəndislik Ünvan: Zərifə Əliyeva küç., 32 İşin Əhatə Dairəsi və Ümumi Məqsədi Otelin mexaniki sistemlərinin (isitmə, soyutma, havalandırma və digər avadanlıqların) fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, gündəlik texniki baxış, profilaktik xidmət və təmir işlərini həyata keçirmək, aşkar olunan nasazlıqların vaxtında aradan qaldırılmasını təmin etmək. İşin təsviri Bütün texniki ərazilər, kommutasiya otaqları, mətbəxlər, camaşırxana və əlaqəli ərazilər, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün mühəndislik xidməti / əməliyyatlar, habelə texniki xidmət fəaliyyətlərini dəstəkləmək. Profilaktik texniki xidmət proqramları və binaya avtomatik nəzarət sistemlərinin işlənib hazırlanmasına kömək etmək. Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək. Həyat fəaliyyətinin texniki təhlükəsizliyi, əməyin peşəkar gigiyenası və texniki təhlükəsizliklə bağlı qüvvədə olan qanunlardan xəbərdar olmaq. Mühəndislik şöbəsinin rəhbərliyi tərəfindən təyin edilən bütün digər öhdəlikləri / vəzifələri icra etmək. Soyuducu kameralar və dondurucular, buz aqreqatları, soyuducu aparatları qeyd edildiyi kimi təmizləmək və xidmət göstərmək. Bütün hava kondisionerləri və soyuducuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə yoxlamaq. Bütün mətbəx və bar avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək. Namizədə olan tələblər Mexaniki və ya texniki xidmət sahəsində minimum 2–3 il iş təcrübəsi. Mexaniki, elektrik, HVAC və bina mühəndislik sistemləri üzrə biliklər; Problem həll etmə bacarığı; Azərbaycan dilini sərbəst, ingilis dili biliyi üstünlükdür; Məsuliyyətli, operativ, komanda ilə işləmək bacarığına malik olmaq. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mechanical Technician / Mexanik” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər. Son müraciət tarixi: 29.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Dinamo Hotel Baku jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM