Şərur MTK yaşayış və digər tikinti layihələri üzrə komandasına memar dəvət edir.
Vəzifə öhdəlikləri
Layihə tapşırığına uyğun memarlıq konsepsiyaları və eskizlər hazırlamaq.
Mərtəbə planlarını, fasadları, kəsikləri və memarlıq detallarını əks etdirən işçi cizgilər hazırlamaq.
Memarlıq həllərini konstruktor və mühəndislərlə razılaşdırmaq, cizgilər arasındakı uyğunsuzluqları aradan qaldırmaq.
Tikinti zamanı yaranan layihə suallarını cavablandırmaq və təsdiqlənmiş dəyişiklikləri cizgilərdə əks etdirmək.
Namizədə tələblər
Memarlıq ixtisası üzrə ali təhsil.
Bina layihələrinin memarlıq bölməsinin və işçi cizgilərin hazırlanması üzrə praktiki təcrübə.
AutoCAD proqramında sərbəst işləmək bacarığı. Revit və ya Archicad biliyi üstünlükdür.
Tikinti norma və qaydalarını bilmək və layihələndirmədə tətbiq etmək bacarığı.
Detallara diqqət, komanda ilə işləmək və cizgiləri razılaşdırılmış müddətdə təhvil vermək bacarığı.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Portfolionuz varsa, onu da müraciətinizə əlavə edə bilərsiniz.
Son müraciət tarixi: 24.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/serur-mtk-memar-156804
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti