Prayk
Menecer / Şöbə rəisi – Ticarət Maliyyələşdirilməsi və Faktorinq üzrə Satış — Maliyyə, Bakı
Razılaşma yolu ilə

Menecer / Şöbə rəisi – Ticarət Maliyyələşdirilməsi və Faktorinq üzrə Satış

Kopya3 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
36
Nömrə
№6152176

Təsvir

Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC əməkdaşlarına uğurlu karyera qurmaq, peşəkar inkişaf etmək və dinamik komandanın üzvü olmaq imkanı yaradır. Vəzifə haqqında Rabitəbank Ticarət Maliyyələşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir. Bu vəzifə üzrə əsas məqsəd beynəlxalq ticarət maliyyələşdirilməsi (Cross-Border Trade Finance) və Təchizat Zəncirinin Maliyyələşdirilməsi (Supply Chain Finance) məhsullarının satışını inkişaf etdirmək və yeni biznes imkanları yaratmaqdır. Əsas vəzifələrKorporativ və KOB müştərilərinə akkreditivlər (LC), bank zəmanətləri, faktorinq və digər ticarət maliyyələşdirilməsi məhsullarının, xüsusilə beynəlxalq əməliyyatlar üzrə satışını həyata keçirmək;Yeni müştərilər cəlb etmək, Bankın mövcud korporativ və KOB müştəri bazasında ticarət maliyyələşdirilməsi məhsullarının satışını genişləndirmək;Beynəlxalq əməliyyatlar və müxbir bankçılıq istiqamətində Maliyyə Təşkilatları komandası ilə sıx əməkdaşlıq etmək;Təchizat Zəncirinin Maliyyələşdirilməsi biznesinin əvvəlcə yerli, daha sonra isə beynəlxalq səviyyədə inkişafına töhfə vermək. Tələblər: Bank sektorunda ticarət maliyyələşdirilməsi, korporativ/KOB satışları və ya maliyyə təşkilatları istiqamətində minimum 2 il iş təcrübəsi;Güclü satış bacarığı;Azərbaycan, İngilis və Rus dillərini yaxşı səviyyədə bilmək;Müştəri yönümlü, hədəflərlə işləməyi bacaran və nəticəyönümlü olmaq; Biz nə təklif edirik?Rəqabətli əməkhaqqı və bonus sistemi;Peşəkar inkişaf və təlim imkanları;Beynəlxalq layihələrdə iştirak imkanı;Dinamik və innovativ iş mühiti;Karyera yüksəlişi üçün geniş perspektivlər. Vakansiya növü: Tam ştat Şirkət: "Rabitəbank" Açıq Səhmdar Cəmiyyəti Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/rabitabank/rabitabank-menecer-sobe-reisi-ticaret-maliyyelesdirilmesi-ve-faktorinq-uzre-satis-52134905/apply
REKLAM