Prayk

MEP üzrə mühəndis

Razılaşma yolu ilə
Yoxlanılıb6 gün əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
4
Nömrə
№4648410

Təsvir

Əsas vəzifə öhdəlikləri: Retail obyektləri üzrə MEP işçi layihələrinin (HVAC, elektrik, santexnika, zəif axın) hazırlanması; Yeni obyektlərin açılışı, renovasiya və modernizasiya üzrə CAPEX layihələrinin planlanması və icrası; Layihələrin texniki və iqtisadi baxımdan optimallaşdırılması (value engineering); AutoCAD (və ya Revit) üzərindən işçi çertyojların, sxemlərin və texniki həllərin hazırlanması; Layihə üzrə BOQ, smeta və investisiya büdcəsinin hazırlanması, xərc və müddət nəzarəti; Podratçı və subpodratçılar üçün texniki tapşırıqların hazırlanması və koordinasiyası; Sahədə icra olunan işlərin işçi layihələrə, texniki şərtlərə və normativlərə uyğunluğuna nəzarət; Layihə dəyişikliklərinin (variation) texniki və maliyyə təsirinin təhlili; Texniki hesabatların, icra sənədlərinin və CAPEX üzrə aylıq hesabatların hazırlanması; Obyektlərin təhvil-təslimi və istismara hazırlıq mərhələsində iştirak; Uzunmüddətli istismar və OPEX xərclərinin azaldılmasına yönəlik texniki həllərin tətbiqi. Tələb olunan bilik və bacarıqlar: HVAC, elektrik və santexnika sistemləri üzrə dərin texniki biliklər; Layihə oxuma, shop drawing və texniki sənədlərlə sərbəst işləmə bacarığı; Büdcə planlaması, BOQ, smeta və xərc nəzarəti üzrə biliklər; MEP işçi layihələrinin hazırlanması üzrə praktik təcrübə (mütləqdir); Texniki normativlər və standartlar (SNİP, EN, ISO və s.) barədə anlayış; AutoCAD və MS Office proqramlarında sərbəst işləmə bacarığı (Revit biliyi üstünlükdür); Analitik düşüncə, planlama və məsuliyyətli qərarvermə bacarığı; Güclü ünsiyyət və koordinasiya qabiliyyəti. Tələblər: Ali təhsil (Mexanika, Elektrik və ya əlaqəli mühəndislik ixtisası üzrə); Retail və ya kommersiya obyektləri üzrə MEP layihələri və CAPEX işlərində minimum 3 il təcrübə; Şəxsi avtomobilinin olması üstünlükdür; Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “MEP üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/198766/mep-uzre-muhendis
REKLAM