Prayk
Mexanik tələb olunur — Vakansiyalar, Bakı
800 ₼

Mexanik tələb olunur

Analiz edilibBu gün
Şəhər
Bakı
Kateqoriya
Vakansiyalar
Tarix
Nömrə
№4052187

Təsvir

"Tekoplast" şirkəti Balaxanıda yerləşən zavod şəraitində çalışacaq Mexanik vəzifəsi üzrə işçilər dəvət edir. Əsas öhdəliklər: * Zavod ərazisindəki istehsalat avadanlıqlarının, dəzgahların və mexanizmlərin texniki xidmətini və təmirini həyata keçirmək; * Yaranan texniki nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq; * Avadanlıqların dövri profilaktik baxışını keçirmək; * Çilingər-yığma və təmirlə bağlı digər texniki işləri icra etmək; * Texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət etmək. Tələblər: * Zavod və ya istehsalat sahəsində müvafiq vəzifə üzrə iş təcrübəsi; * Avadanlıqların və mexanizmlərin iş prinsiplərini bilmək; * Çilingər alətləri ilə işləmək bacarığı; * Məsuliyyətlilik, operativlik və fiziki dözümlülük. Qaynaq və dülgər işlərini bilənlərə üstünlük verilir. İş şəraiti: * Ünvan: Bakı şəhəri, Balaxanı qəsəbəsi; * İş qrafiki: 6 günlük iş həftəsi (09:00 – 18:00); * Əmək haqqı: İşgüzarlığa və təcrübəyə görə (müsahibə əsasında təyin olunur); * AR Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə. Müraciət üçün: Maraqlanan namizədlər telefon nömrəsi ilə əlaqə saxlasınlar. Göndərilən CV lərə baxılmır.

Elanın mənbəyi

Orijinal elanı aç

© Əvəz M. tap.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar