Prayk

Mexaniki Layihələr üzrə Mühəndis

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar
5
Nömrə
№6148516

Təsvir

Hazırda şirkətimizə Mexaniki Layihələr üzrə Mühəndis tələb olunur. İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km. Tələblər: Mexanika mühəndisliyi üzrə ali təhsil; Mexaniki mühəndisliyi və ya müvafiq sahədə 3 il iş təcrübəsi; Layihələrin idarə edilməsi sahəsində təcrübə; AutoCAD, SolidWorks üzrə istifadə bacarıqları; Layihə idarəetmə proqramlarında istifadə bacarıqları; Excel proqramından yaxşı səviyyədə istifadə bacarıqları; Yüksək səviyyədə ingilis dili biliyi; Müvafiq mühəndislik standartları və kodları üzrə biliklər; Yaxşı səviyyədə analitik düşüncə və kommunikasiya bacarığı; Həm texniki, həm də qeyri-texniki maraqlı tərəflərə mürəkkəb texniki məlumatları çatdırmaq bacarığı; Tələb olunan kompetensiyalar: Müştəriyönümlülük Əməyin mühafizəsi qaydalarından xəbərdar olma Bütövlük Yenilikçilik Əsas vəzifə və öhdəliklər: Layihə planlarını hazırlamaqda və layihənin əhatə dairəsini, məqsədlərini və vaxt qrafiklərini müəyyən etməkdə layihə komandasına dəstək olmaq; Dizayn, satınalma, tikinti və sınaq da daxil olmaqla, kross-funksional qruplarla sıx əməkdaşlıq edərək layihə məqsədlərinin yerinə yetirilməsini təmin etmək; Keyfiyyətə, vaxt qrafiklərinə və büdcəyə riayət olunmasını təmin etməklə layihə qruplarını əlaqələndirmək və onlara nəzarət etmək; Detallı layihə planlarını hazırlamaq və İşçi heyəti, büdcə və materiallar daxil olmaqla layihə resurslarını idarə etmək; Dizayn və ya tətbiqin mümkünlüyünü müəyyən etmək üçün müştəri dizayn təklifləri, spesifikasiyalar və təlimatlar kimi məlumatları araşdırmaq və təhlil etmək; Quraşdırmaların və əməliyyatların standartlara uyğun olmasını təmin etmək üçün mexaniki sistem xəritələrinin texniki təsvirlərini, spesifikasiyalarını hazırlamaq və öyrənmək; İstehsal, tikinti və quraşdırma standartlarını və spesifikasiyalarını qurmaq üçün detallı hesablamalar aparmaq; Layihənin əhatə dairəsi, müddəti və büdcəsi daxil olmaqla detallı layihə planını hazırlamaq; Mexaniki mühəndislik layihələrində planlaşdırılmasına və konseptual dizaynına rəhbərlik etmək; Biz nə təklif edirik: Könüllü tibbi sığorta Servis avtobusu Şəxsi və peşəkar inkişaf imkanları İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Son müraciət tarixi: 03.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Norm OJSC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp