
1
Mikrobioloq (Oğuz)

Razılaşma yolu ilə
Mikrobioloq (Oğuz)
YoxlanılıbBu gün
Tarix
Baxışlar1
Nömrə№4883574
Təsvir
İş şəraiti
İşəgötürən: Eden Agro MMC
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Birbaşa rəhbər: Laboratoriya müdiri
İş yeri: Oğuz rayonu
İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00);
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Mikrobioloq ona həvalə edilmiş vəzifə öhdələklərinə uyğun olaraq mikrobiloji analizlər aparmaq;
Mikrobioloji və toksikoloji tətqiqatların analtik və dioqnastik cəhətdən etibarlı metodlarından istifadəni təmin etmək;
Mikrobioloji analizlərin yeni metodlarının və laboratoriya avadanlıqlarının istifadə edilməsi və tətbiqində iştirak etmək;
Laboratoriya avadanlığı, cihaz və qurğunun təmiz, saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları təcrübəyə hazırlamaq;
Təlimata əsasən cihaz və avadanlıqları yoxlamaq və təmizləmək, ekspermentlərin aparılmasında iştirak etmək;
Mikrobioloji və toksikoloji analizlərin nəticələrini hesabat formasında qeyd etmək;
Metodik materiallara uyğun olaraq analiz, sınaq, ölçmə nəticələrini təhlil etmək, sistemləşdirmək, rəsmiləşdirmək və onların hesabatını aparmaq
Məhsulun sınaqlarının keçirilməsini beynəlxalq, yerli sıtandartlar və texniki şərtlər əsasında təmin etmək;
Müəssisə, idarə və bölmələr tərəfindən görülən işlərin texniki sənədlərin rəsmiləşdirilməsində və tərtib olunmasında iştirak etməli;
Mikrobioloji laboratoriyanın fəaliyyəti haqqında hesabatları hazırlamaq və laboratoriya müdirinə təqdim etmək ;
Standartların tələbinə uyğun olmayan materialların aşkar olunması, sənədləşdirilməsi, istifadə edilməsi barədə müvafiq tətbirlərin görülməsi haqqında laboratoriya müdirinə rəy və təkliflər vermək;
Uyğunsuzluqların qarşısını almaq üçün təkrar yoxlamalar keçirmək;
Vəzifə tələbləri:
Ali təhsil (Qida mühəndisliyi, Biologiya);
ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikatı olanlara üstünlük verilir;
Laboratoriya sahəsində minimum 3 il,mikrobiologiya sahəsində minimum 1 il təcrübə;
Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmə bacarığı;
Analitik düşünmə və problemlərin həlli bacarığı;
MS Office və proqramlarından sərbəst istifadə bacarığı.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “Mikrobioloq (Oğuz)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Son müraciət tarixi: 06.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/eden-agro-mmc-mikrobioloq-oguz-154250
REKLAM













