Prayk

Motion Dizayner

1 000 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Dizayn
Tarix
Baxışlar
13
Nömrə
№5381064

Təsvir

Əsas vəzifə öhdəlikləri:Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.Tələb olunan bilik və bacarıqlar:Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.Tələb olunan təhsil, iş təcrübəsi:Ali təhsil(Əlaqəli sahə üzrə);Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;Portfolio təqdim edilməsi mütləqdir.İş şərtlərimiz:İş qrafiki: Tam iş günü (5 gün);İş saatları: 09:00-18:00;İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.Biz nə təklif edirik:Əmək bazarında rəqabətli əməkhaqqı;Peşəkar komanda mühiti;Şirkət hesabına korporativ nömrə.Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Motion dizayner” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
REKLAM