Prayk

Motion Dizayner

1 000 ₼
Yoxlanılıb5 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Dizayn
Tarix
Baxışlar
8
Nömrə
№5678724

Təsvir

📍 Tamstore MMC  “Motion Dizayner” vakansiyası elan edir:Əsas vəzifə öhdəlikləri:·     Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;·     Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;·     Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;·     Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;·     Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;·     Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi. Tələb olunan bilik və bacarıqlar:·     Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;·     Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;·     Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;·     Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;·     Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;·     Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;·     Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.  Tələb olunan təhsil, iş təcrübəsi:·     Ali təhsil(Əlaqəli sahə üzrə);·     Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;·     Portfolio təqdim edilməsi mütləqdir. İş şərtlərimiz: ·        İş qrafiki: Tam iş günü (5 gün);·        İş saatları: 09:00-18:00;·        İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D. Biz nə təklif edirik:·        Əmək bazarında rəqabətli əməkhaqqı;·        Peşəkar komanda mühiti;·        Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
REKLAM