Prayk
Mühafizə əməkdaşı — Keşikçilik və Təhlükəsizlik
Razılaşma yolu ilə

Mühafizə əməkdaşı

YoxlanılıbBu gün
Tarix
Baxışlar
4
Nömrə
№5895077

Təsvir

İş yeri: Bakı şəhəri İş rejimi: Tam ştat Vəzifə öhdəlikləri: Otelin ərazisində təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi; Otelə daxil olan və çıxan şəxslərə nəzarət edilməsi; Qonaqların, əməkdaşların və ziyarətçilərin təhlükəsizliyinin qorunması; Otelin giriş-çıxışlarına, ümumi ərazilərinə və xidməti sahələrinə nəzarət edilməsi; Şübhəli halların vaxtında aşkarlanması və rəhbərliyə məlumat verilməsi; Fövqəladə hallar zamanı müəyyən edilmiş qaydalara uyğun hərəkət edilməsi; Yanğın və əməyin mühafizəsi üzrə təhlükəsizlik qaydalarına riayət olunması; Növbə ərzində baş verən hadisələrin qeydə alınması və növbəti əməkdaşa məlumat verilməsi. Namizədə tələblər: Mühafizə sahəsində iş təcrübəsi arzuolunandır; Azərbaycan dilində ünsiyyət bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Fiziki cəhətdən sağlam və çevik olmaq; Gərgin vəziyyətlərdə soyuqqanlı davranmaq bacarığı; Komandada işləmək bacarığı; Növbəli iş qrafikində işləmək imkanı. İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi; Stabil iş mühiti; Peşəkar kollektivdə çalışma imkanı; İşçilər üçün nahar təminatı. Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühafizə əməkdaşı” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 12.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/mercure-baku-city-hotel-muhafize-emekdasi-156008
REKLAM