Prayk
Mühasibatlıq-Hr xidmətləri — Mühasibəlik, maliyyə, Bakı
100 ₼

Mühasibatlıq-Hr xidmətləri

SatılırAnaliz edilibİşlənmişBu gün
Şəhər
Bakı
Tarix
Nömrə
№3375701

Təsvir

Uğurlu biznesin təməli dəqiq maliyyə uçotu və effektiv insan resursları idarəçiliyindən asılıdır. Sizə kompleks mühasibatlıq və HR xidmətləri təqdim edirik. Məqsədimiz, sizin maliyyə və kadr proseslərinizi optimallaşdırmaq, vergi və hüquqi öhdəliklərinizi dəqiq və vaxtında yerinə yetirməkdir. Mühasibat Uçotu və Konsultasiya Maliyyə hesabatlarının düzgün aparılması və sənədlərin qaydasında olması biznesinizin etibarlılığını və qanunvericiliyə uyğunluğunu təmin edir: - Hesab-fakturaların və e-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi - Təhvil-təslim aktlarının və qarşılıqlı üzləşdirmə aktlarının tərtib edilməsi - Bank ödəniş tapşırıqlarının yazılması və online ödənişlərin icrası - Əməkhaqqı kartlarının açılması, kassa kitabının yazılması - Tender və kotirovka sorğusu üçün sənədlərin hazırlanması Dövlət Vergi Xidməti və DSMF Vergi öhdəliklərinin dəqiq yerinə yetirilməsi biznesinizin təhlükəsizliyini və sabitliyini qoruyur: - Mənfəət (Gəlir) vergisi və ƏDV bəyannamələrinin hazırlanması - Sadələşmiş vergi bəyannaməsinin hesablanması və ödənilməsi - Ödəmə mənbəyində tutulan vergilərin hesablanması və tərtibi - Maliyyə hesabatlarının hazırlanması və obyekt kodunun alınması - Onlayn kargüzarlıq və vergi sənədlərinin idarə edilməsi Hüquqi Xidmətlər Biznesinizin hüquqi cəhətdən qorunması üçün bütün lazımi sənədlərin hazırlanmasını və işçilərlə əlaqədar əməliyyatların icrasını təmin edirik: - Alqı-satqı və xidmət müqavilələrinin hazırlanması - Təsis sənədlərində dəyişikliklər və qeydiyyat prosesləri - Əmək müqavilələrinin hazırlanması, işçi qəbulu və işdən çıxarılması - Aylıq əmək haqqı cədvəlinin hazırlanması, məzuniyyət və son haqq-hesabların hesablanması - POS-terminal qeydiyyatı və ezamiyyət sənədlərinin hazırlanması Audit və Miqrasiya Xidmətləri Biznesinizin maliyyə və hüquqi tələblərə tam uyğunluğunu təmin etmək üçün audit və miqrasiya məsələlərində sizə dəstək oluruq: - Xarici vətəndaşlar üçün VÖEN açılması, iş icazəsi və oturum icazəsinin alınması - Tenderlər üçün tələb olunan sənədlərin toplanması və iştirak prosesinin idarə edilməsi

Elanın mənbəyi

Orijinal elanı aç

© Finansnext xidmet.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.