
18
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis

Razılaşma yolu ilə
Mühasibatlıq və Vergi üzrə Mütəxəssis
YoxlanılıbBu gün
Tarix
Baxışlar18
Nömrə№4883013
Təsvir
İşiniz nədən ibarətdir?
Bank üzrə vergi növlərinin (mənfəət vergisi, ƏDV, ÖMV, torpaq, əmlak, muzdlu işlə əlaqədar vergilər və s.) hesablanması üçün məlumatları toplamaq, hesablamaları hazırlamaq və yoxlanılması üçün təqdim etmək
Vergi ödənişləri üzrə məlumatları hazırlamaq və ödənişlərin müəyyən edilmiş müddətlərdə icrasını izləmək
Vergi bəyannamələrinin və digər vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak etmək
Vergi uçotu üzrə məlumatları və təsdiqedici sənədləri yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə baş mütəxəssisə və ya birbaşa rəhbərə məlumat vermək
Mühasibat uçotu ilə vergi uçotu üzrə məlumatların uzlaşdırılmasını aparmaq və yaranmış fərqlərin araşdırılmasında iştirak etmək
Bankın struktur bölmələrindən daxil ol vergi sorğuları üzrə məlumat toplamaq və cavab layihələri hazırlamaq
Müqavilələrin, yeni məhsulların və layihələrin vergi baxımından təhlili üçün ilkin məlumatları hazırlamaq və təhlildə iştirak etmək
Vergi orqanları ilə yazışmaların və sorğulara cavabların hazırlanmasında iştirak etmək
Vergi yoxlamaları, daxili və xarici audit zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq
Vergi güzəştlərinin və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi üçün tələb olunan sənədlərin toplanmasında və hazırlanmasında iştirak etmək
Vergi qanunvericiliyindəki dəyişiklikləri izləmək və fəaliyyətinə aid dəyişikliklər barədə qısa məlumat hazırlamaq
Vergi proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması işlərində, informasiya sistemlərində vergi hesablamalarının yoxlanılmasında iştirak etmək
Vergi hesablamaları üzrə dövri hesabatları hazırlamaq, ay sonu və il sonu bağlanışlarında ona həvalə edilmiş işləri yerinə yetirmək
Vergi sənədlərinin və yazışmalarının sistemli saxlanılmasını təmin etmək
Sizdən nə tələb olunur?
Təhsil: Maliyyə, Mühasibatlıq, Vergi və ya İqtisadiyyat üzrə ali təhsil.
İş təcrübəsi: Vergi və ya mühasibatlıq sahəsində minimum 3 il, bank sektorunda təcrübəyə üstünlük verilir.
Sertifikatlar: Vergi və mühasibat uçotu üzrə təlimlərdə iştirak və ya ACCA TX (F6) imtahanını keçmək üstünlük hesab edilir.
Qanunvericilik bilikləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi, əsas vergi növlərinin hesablanması və bəyannamələrin hazırlanması qaydaları üzrə biliklər; mühasibat uçotunun əsas prinsipləri barədə anlayış. Bank əməliyyatlarının vergiyə cəlb edilməsi üzrə biliklər üstünlük hesab edilir.
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili — orta səviyyədə, Rus dili (üstünlükdür).
Kompüter bilikləri: : MS Excel və digər MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarığı. Elektron vergi sistemləri ilə iş təcrübəsi arzuolunandır.
Digər bacarıqlar: Analitik düşüncə, detallara diqqət, məsuliyyətlilik, vaxtın düzgün idarə edilməsi, yazılı ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 20.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© PASHA Bank jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










