
Bakı6
Mühəndis konstruktor
Mühəndis konstruktor
1 500 ₼
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar6
Nömrə№5000730
Təsvir
İş yeri: Dövlət qurumu (İşğaldan azad olunmuş ərazi)
Vəzifə öhdəlikləri:
İşçi cizgilərin və texniki sənədlərin AzDTN, SniP kimi norma və qaydalara uyğun yoxlanılması;
Texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin yoxlanılması;
Tikinti-quraşdırma işlərinin layihə həllərinə uyğunluğunun texniki nəzarət çərçivəsində yoxlanılması;
Memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiya;
Tikinti sahəsində ölçülərin və konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq;
Texniki problemlərin operativ həlli və təkliflərin verilməsi.
Namizədə tələblər:
İnşaat mühəndisliyi sahəsində ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
İnşaat norma və qaydalarını bilməli;
Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
AutoCad proqramında işləmə bacarığı (Lira-Sapr arzuolunandır);
Komandada işləmə bacarığı.
Təklif olunur:
Stabil əmək haqqı (müsahibə əsasında 1500-2000 AZN);
Peşəkar inkişaf;
Dövlət layihələrində iştirak etmək imkanı.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan dilində olan CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına, mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/200455/muhendis-konstruktor
REKLAM





