Prayk

Müştəri Əlaqələri üzrə Operator

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
Satış
Tarix
Baxışlar
10
Nömrə
№4712445

Təsvir

İş rejimi: Tam ştat Lokasiya: Bakı Vəzifə haqqında Vəzifənin əsas məqsədi ofisə daxil olan qonaqların qarşılanması və inzibati proseslərin koordinasiyası ilə yanaşı, fərdi və korporativ müştərilərlə əlaqələrin qurulması, müştəri məmnuniyyətinin öyrənilməsi, rəylərin sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanmasını təmin etməkdir. Vəzifə öhdəlikləri Qeydiyyat və inzibati dəstək Müştəri məmnuniyyətini qiymətləndirmək, təklif və şikayətləri qeydə almaq; Müştərilərdən əldə olunan məlumatları Excel proqramında sistemləşdirmək və müvafiq məlumat bazasını aparmaq; Müştəri rəyləri əsasında dövri hesabatlar hazırlamaq və Marketinq şöbəsinə təqdim etmək; Müştərilərlə ünsiyyət zamanı şirkətin korporativ etik normalarına və xidmət standartlarına riayət etmək Daxili sənədlərin qəbulu, qeydiyyatı, arxivləşdirilməsi və aidiyyəti şəxslərə çatdırılması; Korporativ məktubların və kuryer göndərişlərinin qəbulu və yönləndirilməsi; Daxil olan telefon zənglərinin və e-poçt sorğularının cavablandırılması və müvafiq şəxslərə yönləndirilməsi; Back-office prosesləri çərçivəsində rəhbərliyə və komandaya inzibati dəstəyin göstərilməsi; Daxili sistemlərə məlumatların düzgün daxil edilməsi və gündəlik hesabatların hazırlanması; Resepsiyon əməkdaşının olmadığı hallarda onun vəzifələrini müvəqqəti icra etmək. Namizədə dair tələblər Ali və ya orta ixtisas təhsili; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı; MS Office proqramlarından, xüsusilə Microsoft Excel-dən istifadə bacarığı; Müştərilərlə telefon vasitəsilə peşəkar ünsiyyət qurmaq bacarığı; Məlumatların dəqiq qeydiyyatı, sistemləşdirilməsi və hesabatların hazırlanması bacarığı; Yüksək təşkilatçılıq, məsuliyyətlilik və detallara diqqət; Səliqəli, punktual və nizam-intizamlı olmaq; Güclü kommunikasiya və problem həll etmə bacarıqları; Komandada işləmək və eyni zamanda bir neçə tapşırığı idarə etmək bacarığı; Təklif etdiyimiz imkanlar: Rəsmi işə qəbul 5 günlük iş rejimi: 09:00–18:00 Böyük texnologiya brendləri ilə işləmək imkanı Peşəkar və inkişaf yönümlü komanda mühiti Müxtəlif marketinq layihələrində iştirak imkanı Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Operator” qeyd olunmalıdır Son müraciət tarixi: 16.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© ABV jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp