
Bakı8
Müştəri Xidmətləri üzrə Təmsilçi
Müştəri Xidmətləri üzrə Təmsilçi
800 ₼
Yoxlanılıb1 ay əvvəl
Təsvir
Positive Call Center
Hazırda Turkish Airlines-a xidmət göstərən layihəmiz üçün müştəri nümayəndələri axtarırıq.
Namizədlər minimum B2 səviyyəsində İngilis dili biliyinə malik olmalıdırlar.
Positive Call Center-də peşəkar komandaya qoşularaq inkişaf edə və uğurlu karyera qura bilərsiniz.
Müştəri nümayəndəsi vəzifəsində sizə daxil olan zənglərin cavablandırılması və dəyərli müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi tapşırılacaqdır.
Təlim müddətini başa vurduqdan sonra işə başlayacaqsınız və aylıq performans qiymətləndirilməsi aparılacaqdır. Əməkdaşlar əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan bonus sistemi üzrə də əlavə gəlir əldə edə bilərlər.
Performans qiymətləndirilməsi hər rübdə keçirilir və uğurlu işçilərə əmək haqqı artımı tətbiq olunur.
Növbəli iş sistemi həftədə 6 gün, (1 saat nahar/fasilə daxil olmaqla) təşkil edir. Növbələr həftəlik dəyişir və səhər, günorta, axşam və gecə növbələrini əhatə edir (00:00-dan sonrakı növbə dəyişikliyi üçün servis xidməti mövcuddur). Uyğun növbə həlləri qarşılıqlı razılaşma əsasında həyata keçirilir.
Əgər siz İngilis dilinizi inkişaf etdirmək, müştəri xidməti sahəsində təcrübə qazanmaq və mehriban, sosial mühitdə çalışmaq istəyirsinizsə, CV-nizi email vasitəsilə göndərə, əlavə məlumat üçün telefonla əlaqə saxlaya, həftə içi günlərdə saat 09:00–18:00 arası Nizami küç., AF Business House ünvanında yerləşən ofisimizə yaxınlaşa və ya mail üzərindən müraciət edə bilərsiniz. (+994 12 599 88 78 ).
Müraciət Qaydası:
Maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına “Customer Service Representative” mövzusu ilə göndərmələri xahiş olunur.
Tələblər:
Namizədlərin yaşı 19-35 arasında olmalıdır.
İngilis dili yaxşı səviyyədə bilməlidir (B2-C1).
Nitq qabiliyyəti, Ingilis dilində səlis danışıq qabiliyyəti.
Növbəli işləmə.(Səhər, Günorta, Axşam, Gecə)
Microsoft Office proqramları ilə işləmək bacarığı.
İş haqqında:
Bonus sistemi: Əsas əmək haqqı ilə yanaşı, performansa əsaslanan aylıq bonuslar;
Artan gəlir: Şəxsi nəticələrinizə uyğun olaraq əlavə gəlir əldə etmək imkanı.
Servis şirkət tərəfindən təmin edilir;
Əmək müqaviləsi ilə rəsmi qeydiyyat təmin olunur;
Maaş: 800-1000 AZN
Yaş: 19-35
Təhsil: Ali
İş təcrübəsi: Təcrübəsiz
Elanın mənbəyi
Orijinal elanı aç© Positive Call Center boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM





