Prayk

Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№6141334

Təsvir

Əsas vəzifə öhdəlikləri -Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi.-Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.-Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması.-Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması.-CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.-Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.-Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət.-Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.-Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.-Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli. Tələblər: Namizədə tələblər •Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.•Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.•Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.•Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.•Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.•Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.•Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.•MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.•Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.•Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq. İş şərtləri •Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.•Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi. Əsas gözləntimiz Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: UPSOL Trade & Logistics Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/uptrade/uptrade-neqliyyat-ve-logistika-emeliyyatlari-uzre-menecer-84544577/apply
REKLAM