Prayk

Növbə rəisi

700 ₼
YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
2
Nömrə
№4482232

Təsvir

Xidmətin təşkili və nəzarəti: Mühafizə xidmətinin düzgün və fasiləsiz təşkilini təmin etmək, xidmət prosesinə nəzarət etmək. Növbələrin idarə olunması: Növbələrin düzgün təşkili, növbə təhvil-təslim prosesinin və xidmət intizamının təmin edilməsi. Mühafizəçilərin təlimatlandırılması: Tabeçiliyində olan mühafizəçilərə gündəlik təlimatların verilməsi, vəzifə öhdəliklərinin izah edilməsi və onların icrasına nəzarət. Hesabatların hazırlanması: Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, görülmüş işlərin və aşkar edilmiş nöqsanların rəhbərliyə təqdim edilməsi. Hadisələrə operativ reaksiya: Baş verən hadisələrə və fövqəladə vəziyyətlərə qüvvədə olan təlimatlara uyğun operativ reaksiya verilməsi, zəruri tədbirlərin görülməsi və rəhbərliyin məlumatlandırılması. İş qrafikinin tərtibi: Mühafizəçilərin iş qrafikinin hazırlanması, iş bölgüsünün aparılması və növbələr üzrə işçi təminatının təşkili. Xidmət intizamına nəzarət: Mühafizəçilərin daxili intizam qaydalarına, təhlükəsizlik tələblərinə və müəyyən edilmiş xidmət standartlarına riayət etməsinə nəzarət. Ərazi və obyekt təhlükəsizliyinin təmin edilməsi: Mühafizə olunan ərazidə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, risklərin və mümkün pozuntuların vaxtında aşkarlanması. Rəhbərliklə koordinasiya: Xidmətin təşkili ilə bağlı məsələlər barədə rəhbərliyə mütəmadi məlumat vermək, verilən tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək. İşçilərin fəaliyyətinin qiymətləndirilməsi: Mühafizəçilərin fəaliyyətini, məsuliyyətini və xidmət keyfiyyətini qiymətləndirmək, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək. Əmək haqqı: 600-700 AZN

Elanın mənbəyi

Orijinal elanı aç

© TORNADO-Ş QSC azjob.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM